NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səud kralı Bin Salmanın bacısı bu əməlinə görə məhkəmə qarşısında dayanacaq

Oxundu: 331
Səud kralı Bin Salmanın bacısı bu əməlinə görə məhkəmə qarşısında dayanacaq

Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın bacısı Həssa bint Salman Fransada məhkəmə qarşısında dayanacaq.

İslaminSesi-nin İslam-Today-a istinadən verdiyi xəbərə görə, bu haqda France-Presse agentliyi bildirdirir., 

 

Məlumata əsasən, Həssa Parisdəki evini təmir edən işçini mühafizəçiyə döydürməkdə ittiham olunur.

 

Xatırladaq ki, hadisə 2016-cı ildə şahzadənin mənzilində baş verib. İşçi təmir edəcəyi otağın şəklini çəkmək üçün gəlmişdi, lakin kral ailəsinin xanım nümayəndəsi hesab edib ki, o bu şəkilləri mətbuata satmaq üçün çəkir. Bu səbəbdən Həssa mühafizəçiyə
"məsələni həll etmək" əmri verib.

 

İşçi mühafizəçinin onu döyüb kamerasını əlindən aldığını, daha sonra şahzadənin bacısının ayaqlarını öpdürdüyünü danışıb.

 

Yalnız bir neçə saat sonra usta evi tərk edə bilib.

 

Mühafizəçiyə qarşı silahlı hücum, qanunsuz azadlıqdan məhrum etmə, qarət və ölümlə təhdid etməklə bağlı çinayət işi açılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system