NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:34
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səud ailəsində vəziyyət gərginləşir – Şahzadə Məhəmmədə yeni güclü rəqib

Oxundu: 610
Səud ailəsində vəziyyət gərginləşir – Şahzadə Məhəmmədə yeni güclü rəqib

Kral Salmanın və oğlu Məhəmmədin ölkədaxili və ölkəxarici siyasətinin Səudiyyə Ərəbistanında yaratdığı əks sədalar buna əsas verir.

İslaminSesi.info – Eastnews-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin qardaşı şahzadə Əhmədin mövcud rejimə aşkar şəkildə müxaliflik edir.

 

Buna səbəb Kral Salmanın və oğlu Məhəmmədin ölkədaxili və ölkəxarici siyasətinin Səudiyyə Ərəbistanında yaratdığı əks sədalar göstərilir.   Bu tənqidlər daha çox Səudiyyə Ərəbistanı şahzadəsi Əhməd ibn Əbdüləzizin Böyük Britaniyanın paytaxtı London şəhərindəki evinin qarşısında keçirilən aksiya zamanı daha çox səsləndirilib.   Aksiya zamanı nümayişçilər Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsinə toxunaraq Kral Salman ibn Əbdüləzizin və vəliəhd şahzadə Məhəmməd ibn Salmanın bölgədə baş verənlərə görə məsuliyyət daşıdığını üzərlərinə götürmələri tələb olunub.

 

Böyük Britaniyanın “Middle East Eye” portalına görə, aksiya zamanı “mucrim ailə dağıl, dağıl” kimi şüarlar səsləndirilib və bu vəziyyət şahzadə Əhməd ibn Əbdüləzizin bu sualı rejimə ünvanlamasına səbəb oldu:

 “Bunu niyə deyirsiniz? Bunu bütün xanədanımızmı etdi? Bu işi kim etdisə məsuliyyəti də ona aiddir”.  

 

 Nümayişçilər evinin qarşısına çıxan Əhməd ibn Əbdüləzizə “bu işlərin arxasına kimlər dayanır” sualını ünvanladılar.   “Kral Salman, vəliəhd şahzadə Məhəmməd ibn Salman və dövlətdəki digərləri”,-  deyə Əhməd ibn Əbdüləziz cavab verib.  

 

Bundan sonra sosial şəbəkələrdə yayılan videoçarx ən çox paylaşılanlardan olub.   Tvitterdə paylaşılan videoçarxda “Kral olaraq Əhməd ibn Əbdüləzizə beyət edirik” yazılıb.  

 

Ortaya sual çıxır.   Bu şahzadə Əhməd ibn Əbdüləziz kimdir?   Şahzadə Əhməd Səudiyyə Ərəbistanının qurucusu olan Kral Əbdüləzizin 31-ci oğludur. O, kraliça Hassa bint Əhməd Sudeyri adlı xanımdan dünyaya gələn ən kiçik oğuldur. Buna görə onlara “7 Sudeyr” ləqəbi verilib.  

 

 Şahzadə Əhməd Səudiyyə Ərəbistanının daxili işlər nazirinin müavini (1975-2012) vəzifəsini icra edib. Qurucu kral Əbdüləzizin ən kiçik oğlu olan Əhməd, Kral Salmandan sonra ən güclü namizəd olaraq qəbul olunur. Bu isə vəliəhd şahzadə Məhəmməd ibn Salman üçün ən böyük təhdid deməkdir.    

 

 Ötən ilin noyabr ayında başda Vəlid ibn Təlal olmaqla, 11 Səudiyyə Ərəbistanı şahzadəsinin, onlarla nazirin və iş adamlarının qətledilmə planın icra edildiyi, "Şahzadələrin qətliamı" deyə bilinən hadisənin baş verməsindən 1 saat əvvəl ABŞ-a getməyi bacarıb.  

 

Əhməd ibn Əbdüləzizin mövcud iqtidar qarşısındakı reaksiyaları ekspertlər tərəfindən 2015-ci ildən bu günə qədər ən böyük etiraz olaraq qəbul olunur.   Görünən budur ki, müxalif şahzadə və qardaşı oğlu olan vəliəhd şahzadənin əlindəki geniş səlahiyyətlərdən narahatdır.   Onu da qeyd edək ki, “Beyət qurumu”da Salmanın oğlunun vəliəhd təyin olunmasına müxalif olan 3 nəfərdən biri də Əhməd ibn Əbdüləziz idi.  

 

 Məhəmməd ibn Salman vəliəhd elan ediləndə Əhməd ibn Əbdüləziz ona beyət etmədi.   O, bundan əlavə, Kral Salman ibn Əbdüləzizin rəsmi dəvətlərinə də qatılmadı.   Qardaşları Əbdürrəhman ibn Əbdüləziz öldüyü vaxt onun dəvəti ilə reallaşdırılan anım mərasimində sadəcə iki foto var idi.   Fotolardan biri qurucu kral Əbdüləzizə, digəri isə Salmana aid idi.   Bütün bunlar göstərir ki, yaxın vaxtlarda Səudiyyə Ərəbistanı iqtidarında dəyişiklik gözləmək mümkündür.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system