NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 134
Şərqi-Qutadan sonra Qərbi-Quta da terrorçulardan təmizlənir

Şərqi-Qutadan sonra Qərbi-Quta da terrorçulardan təmizlənir

Şərqi-Quta iki ay əməliyyat və təxliyə prosesi çərçivəsində tam olaraq azad edildi. Suriya Ordusu Şərqi-Quta vadisindəki rayon və qəsəbələri nəzarətə aldı. Bura silahlı müxalifətin ən möhkəm sığınacağı və mərkəzə ən yaxın bölgəsi idi. İndi isə Qərbi-Qutada qalan bir neçə qəsəbə və kənd terrorçulardan təmizlənir.

İslaminSesi.info Suriya mətbuatına istinadla xəbər verir ki, Dəməşqətrafı əyalətin Qərbi-Quta vadisində silahlıların nəzarətində qalan bir neçə rayon və qəsəbə də cari ayın sonuna qədər azad ediləcək. İlkin məlumata görə buradakı qruplaşmalar bölgədən çıxıb getməyə razılıq veriblər.

 

Bundan savayı Dəməşqin cənubunda İŞİD və "Ən-Nusra Cəbhəsi"nin olduğu Yərmuk Düşərgəsi və daha 3 qəsəbə də tezliklə təxliyə ediləcək.

 

Şərqi əl-Qəlamundakı silahlıların da bölgədən çıxıb getməyə razılıq verdiyi bildirilir.

 

Bu prosesin cari ayın sonuna qədər baş tutacağı deyilir.

 

Bu baş verərsə Suriyanın mərkəz hissəsi xüsusilə də Dəməşqətrafı əyalət terrorçulardan təmizlənəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system