NAMAZ VAXTLARI:
  • FƏCR 06:27
  • GÜN 07:54
  • ZÖHR 12:35
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Şərqi-Qutada qruplaşmaların düşdüyü mühasirə getdikcə daralır - Daha bir məntəqə azad edilib

Oxundu: 328
"

Suriya Ordusu bundan öncə Mdera qəsəbəsini azad etməklə Şərqi-Qutada qruplaşmaların nəzarətindəki bölgələri 3 hissəyə bölmüşdü. Bundan sonra qruplaşmalar müdafiə məsələlərində bir-birilə koordinasiya etməyi əldən verib və müdafiə səngərləri süqut edib.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, Suriya ordusu Şərqi-Qutada Əftaris məntəqəsini azad etdikdən sonra qruplaşmalar sağ qalma ümidlərini getdikcə itiriblər. Suriya Ordusu Duma, Hərəsta və Ərbin bölgələrini bir birindən ayırmağı bacarıb.

 

Ordu Əftaris bölgəsində qruplaşmaların istifadə etdiyi kimyəvi silah emalatxanasını aşkar edib.

 

Ərbin və Cisrin məntəqələrində isə qruplaşmalar bir-birinin canına düşüblər. Burada Ən-Nusra ilə “Filəqur-Rahman” arasında qarşıdurma baş qaldırıb. Səbəb isə orduya təslim olub, olmama haqdadır.

 

Şərqi-Quta Suriya silahlı müxalifətinin mərkəzə ən yaxın sığınacağı hesab edilir. Onun süqut etməsi müxalifətin siyasi sonluğa çatması anlamındadır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system