NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 141
Serj Sarkisyan da istintaqa cəlb edilir

Serj Sarkisyan da istintaqa cəlb edilir

2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ölkənin üçüncü prezidenti olmuş Serj Sarkisyan da istintaqa cəlb olunaraq dindiriləcək

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan Xüsusi istintaq Xidmətinin rəisi Sasun Xaçatryan hökumətin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

 

“Bu işlə əlaqəsi olan hər bir kəs istisnasız şəkildə dindiriləcək. Bəli, eləcə də Serj Sarkisyan da dindiriləcək”, – deyə Xaçatryan vurğulayıb.

 

O, həmçinin əlavə edib ki, dindirilmə prosesinin effektiv olması üçün kimin nə zaman və harada ifadəsinin alınacağı ilə bağlı müstəntiq qərar verəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system