NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib

Oxundu: 269
Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib

Suriyada üç il ərzində Rusiyanın dəstəyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının dəstələri tamamilə darmadağın edilib.

“İslaminSesi” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və dialoq tərəfdaşlarının müdafiə nazirlərinin V müşavirəsində çıxışı zamanı deyib.

 

"Əməliyyatlar zamanı ümumilikdə 87,5 mindən çox yaraqlı məhv edilib, 1411 yaşayış məntəqəsi və Suriyanın 95 faizdən çoxu azad edilib", - deyə o bildirib.

 

Müdafiə naziri qeyd edib ki, Rusiya Hava-Kosmik Qüvvələri Suriya hərbi kampaniyası müddətində 40 mindən çox döyüş uçuşu edib və terrorçuların 122 min obyektini sıradan çıxardıb.

 

"Biz Suriyada zəngin döyüş təcrübəsi topladıq və onu bölüşməyə hazırıq", - deyə nazir əlavə edib.

 

Şoyqu BMT -nin statistikasını sitat gətirərək bildirib ki, müharibə səbəbindən Suriyanı 7 milyona yaxın insan tərk edib.

 

Bundan əvvəl İŞİD terrorçularının Suriyada 700 nəfəri girov götürdüyü xəbər verilmişdi .

 /Report/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system