ŞƏRAB və onun haram olma səbəbləri (III)

Oxundu: 408
ŞƏRAB və onun haram olma səbəbləri (III)

Şərab insanın həm cisminə, həm də ruhuna mənfi təsir edir.

Şərabın insan ruhiyyəsində və cismində buraxdığı mənfi təsirlərdən bəzilərinə işarə edək:

 

Şərab insanda olan müsbət xisləti, mənfi xislətlə əvəz edir.

 

1) İffətin (namusun) günah ilə əvəzlənməsi:

 

İmam Baqir (ə) buyurur:

"Həqiqətən ibadətin ən fəzilətlisi qarnını və qarnından aşağını qorumaqdır" .

 

İmam Əli (ə) buyurur:

"Şərab içən şəxs sərxoş olan kimi zina da edər, adam da öldürər".

 

2)Səbrin qəzəb ilə əvəzlənməsi.

 

İmam Baqir (ə) buyurur: "İmanla birgə olan səbr, başın bədənə nisbəti kimidir. Baş getdikdə bədən də gedər. Səbr də getdiyi zaman, iman da gedər".

 

Rəsulullah (s) buyurur:

"Sirkə balı korladığı kimi, qəzəb imanı korlayar". Şərab insanı aqresiv edir. Deyilən hər bir kəlimə onun hədsiz qəzəblənməsinə səbəb ola bilər.

 

Bir çox inkişaf etmiş dövlətlər alkaqol içkilərin zərərini anlamış və onunla mübarizə kompaniyaları təşkil etmişlər.

 

ABŞ konstitusiyasının 18-ci maddəsinin düzəlişinə əlavə edilməzdən qabaq, bu ölkədə bir qrup xeyirxah adam alkoqollu içkilər əleyhinə güclü və geniş təbliğat kompaniyasına başladılar. Onlar müxtəlif kitablar, məqalələr, dəlillər vasitəsilə 10 il müddətində alkoqolun insanların cisminə, sağlamlığına, mənəviyyatına habelə iqtisadiyyata vurduğu ziyanları xalqa başa salırdılar. Bu təbliğatın başlamasından 1925-ci ilə qədər 65 milyon dollar həmin kompaniyanın aparılmasına sərf edilmişdi.Nəticədə xalqın böyük əksəriyyəti Amerika konqresindən alkoqollu içkiləri qadağan edən qanun çıxarılmasını tələb etdi.

 

Ingiltərə də bir vaxtlar hökumət alkoqollu içkilərin işlədilməsini azaltmaq məqsədilə qanun çıxarıb onu parlamentin təsdiqinə vermişdir. İnglislər bundan həyacana gəlmiş, müəssisə və mağazaları tətil etmişdilər. Dövlət də əlacsız qalaraq qanunun icrasından vaz keçmişdir.

 

Tibbi baxımından da onun insan orqanizminə vurduğu ziyan inkar olunmazdır.

 

1) Beyinə göstərdiyi təsir: Şərab beyin hüceyrələrinə və neyronlara təsir edərək onları fəaliyyətdən saxlayır. Çox hallarda beyindəki kapliyar damarların partlaması və qanın laxtalanmasına səbəb olur,qanın normal qaydada dövr etməsinin qarşısını aldığına görə infarktla nəticələnir.

 

2) Mədəyə göstərdiyi təsir:

Şərab dilin hissiyyatını və dadbilmə üzvünü təsirdən salır, ağız şirəsini azaldır və onu normal haldan çıxarır. Həmçinin, mədə vəzlərini qıcıqlandırır, mədə şirəsinin turşuluğunu azaldır, həzm yollarının bağlanması ilə çox hallarda bəlğəm və ya qan laxtaları ilə qarışıq olan qusmaya səbəb olur.

 

3) Əql qüvvəsinə təsiri:

Şərab dəliliyin əsas amilidir. Psixi xəstəxanalardakı faktlar göstərir ki, dəlilərin əksəriyyəti ömürlərinin çox hissəsini şərəbxorluqla keçirənlərdir. Ayətullah Dəstğeyb qeyd edir: "İctimai bəlalar " adlı kitabda "Təndorost" jurnalından belə nəql olunur:" Fransada həkimlərin apardığı araşdırmalarda, iki yüz min nəfərin spirtli içkilər nəticəsində dəli olduğu məlum olmuşdur. İngiltərə alimlərinin apardığı tədqiqatlar nəticəsində sübuta yetmişdir ki, dəliliyin təqribən 90 faizi spirtli içkilər nəticəsində yaranmışdır.

 

4) İnsan nəslinə təsiri: Şərab insanın spermatozoidlərində və onları istehsal edən hüceyrələrdə xoşagəlməz təsirlər qoyur. Almaniyalı həkimlərdən biri sübüt etmişdir ki,spirtli içkilərin acınacaqlı təsiri, hətta onlardan istifadə etməyən üç nəslə qədər davam edir.

 

5) Spirtli içkilərdən olan asıllıq:

Əllamə Təbatəbai deyir: "Şərab şor suya bənzəyir.Nə qədər çox içilsə, susuzluğu bir o qədər də artırar.İş həlakətə, məhvə çatanda isə bu yandırıcı suyun nəticələri günü-gündən daha acı və daha ağır olar".

Gənc ilahiyyatçı-psixoloq Bəhruz Camal buyurur :" Fizioloji olaraq alkoqolizm özünü narkotik vasitələrin "lomkasına" bənzər abstinent sindirom olaraq göstərir".

Yəni, insan alkoqoldan bir dəfəyə imtina etdikdə, güclü baş ağrıları, qan təzyiqnin, hərarətin artması və digər simptomlarla müşahidə olunur ki, bu da insanı alkaqoldan asılı vəziyyətdə saxlayır. Lakin alkoqolizmin və spirtli içkilərdən asılılığın heç də kiçik olmayan başqa səbəbləri də vardır ki, onları insan psixologiyasında axtarmaq lazımdır.

 

İslaminSesi – Elnur Əlioğlu

Ardı var...

(Öncəkilər linkdə)

http://www.islaminsesi.info/serab-ve-onun-haram-olma-sebebleri-i--103450.html  (1)

 

http://www.islaminsesi.info/serab-ve-onun-haram-olma-sebebleri-ii--103545.html  (2)

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system