ŞƏRAB və onun haram olma səbəbləri (II)

Oxundu: 324
ŞƏRAB və onun haram olma səbəbləri (II)

Qurani Kərimdə qeyd olunan "xamr" kəlməsinin leksiki mənasına diqqət yetirək.

"Xamr"ın iki mənası vardır:

1)Örtmək.

2)Bizim bildiyimiz xəmr.

 

“Lisanul Ərəbin” müəllifi qeyd edir: "Xəmr - örtmək mənasındadır. Məst edici mayelər əqli örtdüyü üçün xəmr adlanır."


Əllamə Təbatəbai "Əl-mizan"da Bəqərə surəsi 219-cu ayənin təfsirində xamr kəliməsi haqqında buyurur:" Xəmr məst etmək məqsədi ilə düzəldilmiş mayeyə deyilir. Onun əsl mənası örtməkdir. Qadınların başlarına örtdükləri şey də bu səbəbdən "xumar " adlandırılır."


Əllamə yenə buyurur:"Xəmrə həmçinin "xəmratul-əcin"( acımış xəmir) də deyilir. Yəni xəmirə acımiş xəmir qatdım. Xəmrə (məst edici içkiyə) ona görə xəmir(undan düzəlmiş) deyirlər ki, xəmir əvvəlcə acıyıb,mayalandırdıqdan sonra üstünü örtürdülər.Ərəblər yalnız içkinin üzüm, xurma və arpadan düzəldilmiş növünü tanıyırdılar. Sonralar insanlar tədricən onun növlərini artırdılar və onun həm növü çoxaldı, həm də məstediciliyin dərəcələri. Hər halda onların hamısı xəmrdir."
Nur Təfsirinin müəllifi Möhsün Qiraəti Bəqərə -219 ayəsinin təfsirində qeyd edir:"Xəmr örtük mənasını verir. Şərab insanın tanıma qüvvəsini aldığı üçün onu "xəmr" adlandırmışlar.Yəni şərab bir növ insanın ağlını örtür.


“As-safi fi təfsiril-quran”ın müəllifi Feyz Kaşani buyurur:"Xəmr-bütün məst edicilərə deyilir.”

 

Ağlın insan həyatında nə kimi rolu vardır?

 

Üsuli-Kafi kitabında İmam Baqir (ə)-dan belə nəql olunur: "Allah ağılı yaratdığı zaman Allah onu danışdırdı. Sonra ona dedi: Yaxınlaş, o da yaxınlaşdı. Sonra ona dedi: Uzaqlaş, o da uzaqlaşdı"...

 

Hədisdən görsəndiyi kimi ağıla məcazi mənada desək "yes " və "no" funksiyası verilmişdir. Bu funksiyanın icrası üçün halallar və haramlar bizlərə bəyan edilmişdir. Qurani-Kərim bizlərə "hər bir şeyin açıq və aşkar bəyan olunduğunu vurğulayır.

 

Bizlərə bəllidir ki, insan hissi bir varlıqdır. Ağıl nemətinin vasitəsi ilə bizlər hisslərimizi cilovlayırıq. Əks təqdirdə cilovlanmayan hissin fəsadı daha böyük olar. Məsələn, insan qəzəbləndiyi zaman ağıl qüvvəsini zamanında işə salır. Bu qəzəbin yerli və ya yersiz olduğunu ağıl süzgəcindən keçirərək düzgün nəticə çıxartmağa çalışır. Digər bir misal, anidən mal və ya ailə və övlad sahibi olan insan sevincini ağıl süzcgəcindən keçirtdiyi zaman böyük bir məsuliyyətin sahibi olduğunu dərk edər. O sevinc onu yersiz nə qürrələndirər, nə də təkəbbür sahibi edər.

 

Ağılın qısa tərifi haqqında Üsuli -Kafidə yer almış hədisdə İmam Baqir (ə)-dan belə nəql olunur: "Ağıl ilə Rahman olan Allaha bəndəçilik olunar, ağıl ilə Cənnət qazanılar..."

 

Beləliklə sağlam ağılın insan üçün çox əhəmiyyətli olduğu bizlərə bəlli oldu.


Məst edici içkilər (araq,pivə,çaxır, konyak,likör və i.a. həmçinin nəşə kimi tanınan çətənə kolu, eroin və i.a) qəbul edildiyi zaman ağlı örtər və insanı öz hissləri ilə baş-başa buraxar. Cilovlanmayan hisslər insanı dörd ayaqlı heyvandan da aşağı edər.

 

İmam Sadiq (ə)buyurur:"Xamr (məst edicilər) hər bir günahın başıdır. Həmçinin hər bir pisliyin açarıdır." İmam Sadiq (ə) digər bir hədisdə buyurur: Həqiqətən Allah pisliklər üçün qıfıllar qərar verdi, şərabı pisliklərin açarı etdi.

 

Şərabın həm fizioloji həmçinin mənəvi (yəni ruhani) təsirləri vardır. Şərabın qadağan olmasının ilkin amili mənəviyyatı zərərlədiyi,mürüvvəti,insanın şəxsiyyətini alçaltdığı üçündür. Şərab içən kimliyini və insani vəzifələrini unudur.

 

Qurani Kərimdə qeyd olunur:"Səndən şərab və qumar haqda soruşurlar. De ki,bunlar iki böyük günahdır. İnsanlar üçün mənafeləri də vardır. Onların günahı mənafelərindən böyükdür".(Bəqərə-219.)

 

Bu ayədəki mənafe, fizioloji deyil maddidir. Yəni maddi gəlir baxımından çox gəlirli bir sahədir. Allah isə bizlərə onun zərərlərinin daha çox olduğunu xatırladır.

 

Şərabın zərərləri haqqında bütün asimani kitablarda Tövrat və İncildə qeyd edilmişdir. İsaqın Süleyman məsələləri bölməsində, 20-ci ayədə deyilir:"Şərab içənlərin arasında olma".


39-cu ayəsində deyilir:"Bədbəxtlik kimin üçündür? Müharibə və dava -dalaş kimin üçündür? Qəm- qüssə və acı ruzigar kimin üçündür? Bədənin səbəbsiz yerə yaralanması kimin üçündür? Gözün qızarması kimin üçündür? Yəni bir kəs özünü, yaxud başqasını sərxoş olaraq yaralasa, yaxud öldürsə, yaxud ondan başqa çirkin iş baş versə, bütün bu hallarda bədbəxtlik və fəsad o kəslər üçündür ki, şərab içməyə adət etmişlər.”

 

İslaminSesi - Elnur Əli oğlu
Ardı var...

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system