ŞƏRAB və onun haram olma səbəbləri (I)

Oxundu: 914
ŞƏRAB və onun haram olma səbəbləri (I)

İnsanı yaşadan onun düşüncələridir. Doğru yaşamaq üçün doğru düşünmək lazımdır. Doğru düşüncə digər insanlarında doğru yaşamasına xidmət edir. Məst edici mayelər insanın doğru düşünməsinə mane olur. Səhv düşüncə insanın həm özünün, həm də ətrafının zərər çəkməsi ilə nəticələnir.

Dünyanı cənginə almış ən qlobal müşüküllərdən biri kimi insanları, özünü unutduran, müxtəlif növlü cinayətlərin, əxlaqsızlıq, iffətizlik kimi rəzil sifətlərin rəvac tapmasında alkoqollu içkilərin başlıca amillərdən biri olduğunu desək yanılmarıq.Tarix bizlərə bu içkinin acı həqiqətlərini göstərib və göstərməkdədir. Məst edici mayelər insanı həqiqətlərdən uzaqlaşdıraraq yaradılış qayəsini unutduran, şər varlığı kimi tanınan şeytanın alətlərindəndir. İnsan İslamın haramları ilə yaxından tanış olmadıqda fəsad törədən amillərlə mübarizəsində süst olar. Bizlər qısa da olsa bu zərərli içki haqqında məlumat verməyə çalışmışıq. Allahdan insanları, insanlığa zərər verən amillərdən agah olmasını arzu edirik.

 

Ey iman gətirənlər! Həqiqətən,şərab,qumar, bütlər,püşk oxları çirkin və şeytani işlərdəndir. Onlardan çəkinin ki,bəlkə nicat tapasınız.

Həqiqətən,şeytan şərab və qumar vasitəsi ilə sizin aranıza düşmənçilik və kin salmaq istəyir. (İstəyir ki,) sizi Allahın zikrindən və namazdan ayırsın. (Bütün bu fəsadları nəzərə alıb ) əl çəkirsinizmi? ( Ali İmran - 90-91)

 

Səmavi dinlərin gəlişi insanları həqiqətlər haqqında olan mesajları çatdırmaq və həqiqətlərdən uzaqlaşdıran amilləri agah etməkdir. Bu o həqiqətlərdir ki,insan kimi ali məxluqun kimdən gələrək, kimə doğru gedəcəyini bildirmişdir. Bu həqiqətlərin qəbuluna və həqiqətlərin işığında formalaşan inanca iman deyilir. Bu səbəbə səmavi dinlərin təbliğçiləri ilkin olaraq həqiqətləri isbat etməyə çalışmışlar. Bu həqiqətləri qəbul edənlər, yəni Allaha, Onun xəbər gətirən nəbisinə (peyğəmbərinə), Axirətə inam gətirənlər iman əhli adlandırılır. Qeyd olunan həqiqətlər insan əqlinin fövqündə durur. Fövqdə durma səbəbi onların maddi deyil,metafizik və ya mücərrəd olma səbəbi ilədir. Səmavi dinlərin nəbiləri bu həqiqətləri insan əqlinin dərki müstəvisində izah etməyə çalışmış və ilkin olaraq nəbilər insana öz kimliyini tanıtmağa cəhd etmişlər. Imam Əli (ə) buyurur:"Kim özünü tanısa, öz Rəbbini də tanımışdır."

 

İnsanın özülü, həqiqətləri və gerçəklikləri ağılın vasitəsi ilə olduğu üçün, sanki Allah insanlara "ey ağıl sahibləri "deyə xitab edir.

 

Xitab etdikdən sonra,nəinki cismə məxsusən ağla zərər yetirən əsas nəsnələri bir-bir sadalayır: "Şərab,qumar,bütlər, püşk oxları".


Bu o nəsnələrdir ki, bilavasitə insan ağlına təsir edir. Bu təsirin nəticəsində ağıl özünün həqiqi funksiyasını itirir və nəticədə insan öz kimliyini unudur.

 

Əsas mövzumuz şərab olduğu üçün bizlər onun haqqında bir az aydınlıq gətirməyə çalışacağıq.

 

Şərabın yaranma tarixi.

 

Qədim və klassik əyyaş ədiblərin əsərlərinə diqqət etdiyimiz zaman məst edici mayelərin təsirini görmək mümkündür. Onlar öz əsərlərində şərab badələrini məxsusən qeyd etmişlər.
İslam alimlərinin əsərlərində şərabın yaranma tarixi haqqında dastanlar nəql olunmuşdur. Rəvayətlərin sənədlərində mötəbərlik olmasada rəvayətin mətnində həqiqətlər vardır. Həmən rəvayətdə şərabın yaranma tarixi Adəm (ə) və ya Nuh (ə) peyğəmbərin dövrünə təsadüf etdiyi vurğulanmışdır.

Sünnü alimlərindən sayılan Kəmaləddin Dəmiri özünün “Həyəvan”, yəni canlılar kitabında qeyd edir :" İblis üzüm ağacını əkdiyi zaman, onun üstündə tovuz quşunun başını kəsir, onun qanından biraz axıdır. Yarpaqları çıxdığı zaman ,meymunun başını kəsərək qanından biraz axıdır. Meyvə verdiyi zaman şirin başını kəsib qanından biraz axıdır. Meyvəsi tam yetişdiyi zaman donuzun başını kəsərək qanından biraz axıdır.
Digər əhvalatlarda Adəm (ə) və ya Nuh (ə) peyğəmbərin üzüm ağacını əkməsi və məlun şeytanın məlum heyvanların başını kəsərək qanını ağacın dibinə axıdılması qeyd olunmuşdur.

Qurani Kərim məst ediciləri "şeytanın hiylələrindən" olduğunu vurğulayır.

Bu mayeni qəbul edən insanlarda qeyd olunan bu dörd heyvani xisləti müşahidə etmək olar.

 

İslaminSesi - Elnur Əli oğlu

Ardı var...

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system