NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 118
Sentyabrın 25-də Şeyx Sərdarın növbəti məhkəməsi keçiriləcək

Sentyabrın 25-də Şeyx Sərdarın növbəti məhkəməsi keçiriləcək

Sentyabrın 25-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin 3 il müddətinə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə baxılacaq.

 

 İslaminSesi Maide.Az -a istinadən xəbər verir ki, məhkəmə baxışı sentyabr ayının 25 -də saat 09:30-da Şirvan şəhər Apellyasiya Məhkəməsində baş tutacaq.
 
Qeyd edək ki,  Şeyx Sərdar Hacıhəsənlinin  3 il müddətinə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətinə ilk məhkəmə baxışı sentyabr ayının 11-də Şirvan şəhər Apellyasiya Məhkəməsində  baş tutdu. Məhkəmə zamanı bir sıra vəsatətlər verilib. Vəsatətlər təmin olunmayıb. Nöbəti məhkəmə sentyabrın 25-nə təyin olunub. 
 
Xatırladaq  ki, ruhani Sərdar Hacıhəsənli Masallı rayonunun məscidində namaz qıldığına və dini söhbətlər etdiyinə görə rayonun icra başçısı onun bardədə polisə şikayət edib. Şikayət əsasında ona cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib. 
 
İyul ayının 3-də Masallı Rayon Məhkəməsində Anar Almuradlının sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system