NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sən saydığını say, gör Paşinyan nə sayır...

Oxundu: 620
Sən saydığını say, gör Paşinyan nə sayır...

Nikol daha nələr deməlidir ki, məsələnin mahiyyətini dərk edə bilək?

Ermənistanın baş naziri Nikol Paşinyanın bu yaxınlarda işğal altındakı Xankəndinə gəlişi və Qarabağı Ermənistan torpağı elan etməsi artıq neçə gündür ki, ölkə gündəmini zəbt edib. Bu olaya Azərbaycan Xarici İşlər Nazirliyindən, ümumiyyətlə dövlət rəsmilərindən, millət vəkillərindən tutmuş media orqanlarına, sosial şəbəkə istifadəçilərinə qədər hər kəs özünün münasibətini bildirdi və bildirməkdə davam edir.

 

Əlbəttə, hər kəsin bu olayla maraqlanması, öz fikirlərini bildirməsi təsadüfi deyil. Çünki Qarabağ məsələsi çox taleyüklü məsələdir. Amma 25 ildən artıqdır ki, aparılan danışıqların, verilən bəyanatların heç nəyi həll etmədiyi göz önündədir. Eyni zamanda burda oturub Paşinyanı söymək, virtualda döymək, torpaqlarımız hələ də Ermənistanın işğalı altında qaldığı halda onun söylədiklərini cəfəngiyyat adlandırmaq nəyisə həll etməyəcək.

 

Paşinyan nə deyir? Deyir ki, Qarabağ Ermənistan ərazisidir. Deyir ki, Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqların hədəfi müharibədə əldə edilmiş nəticələrin qorunub saxlanılması olmalıdır. Yəni adam(?) açıq tekstlə bizi qandırmağa çalışır ki, nə danışıq-filan salmısınız, savaşdan başqa bütün yollar Qarabağı Ermənistana aparır. Biz isə bunu hələ də anlamırıq. Baş dığa daha nələr deməlidir ki, məsələnin mahiyyətini dərk edək? Amma dərk edirikmi? Xeyr.

 

Məsələn, Xarici İşlər Nazirliyinin "Ermənistan baş nazirinin 5 avqust tarixində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edərək, reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir. Bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir” – deyə bəyanat verməsi də bunu bir daha təsdiqləyir.

 

Yaxud başqa bir misal: politoloqlarımızdan biri vurğulayır ki, Ermənistan baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə hörmətsizliyin təzahürüdür.

 

Yəni doğrudanmı Paşinyan dünyada baş verənlərdən xəbərsizdir? Əgər belə olsaydı, baş dığa ağzına və ağlına gələni danışmazdı. O, danışıqların heç nəyi həll etməməsindən, ATƏT-in Minsk qrupunun əslində onların arxasında dayanmasından, ən yaxşı halda vecsizliyindən, dünyanın ədalətsizliyindən yaxşı xəbərdardır. Xəbəri olmayan sadəcə bizlərik. Minsk qrupuna isə, xəbərimiz olsun ki, hələ Paşinyandan çox-çox əvvəl elə həmin qurumun özü zərbə vurub. Vasitəçilk kimi mühüm bir məsuliyyəti, yumşaq desək, turist səfərlərinə çevirməklə.

 

Millət vəkillərimizdən birinin baş dığanın sözlərinə küçə söyüşləri, hədə-qorxu ilə münasibət bildirməsi də çox maraqlı və özəldir. Düzdür, Paşinyan hər cür söyüşə layiqdir. Amma bu, Qarabağı aciz adlandırdığımız Nikol dığadan alıb bizə qaytara biləcək gücdə deyil. Necə deyərlər, sən saydığını say, gör Paşinyan nə sayır...

/İslaminSesi/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system