NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Şəmkirdə yol qəzası olub, ölənlər və yaralananlar var

Oxundu: 665
Şəmkirdə yol qəzası olub, ölənlər və yaralananlar var

Şəmkir rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"İslaminSesi.info" -nın verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb. Qəza zamanı daha 2 nəfər - Şəmkir rayon Seyfəli kənd sakini Qənbərov Mərdan Mikayıl oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Qurbanova Sevda İskəndər qızı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Qənbərovun vəziyyəti ağır qıymətləndirilir.

 

Ölənlərin kimlikləri dəqiqləşdirilir.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system