NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 49
Şəmkirdə qaz sızmasından ev partladı

Şəmkirdə qaz sızmasından ev partladı

Şəmkirdə yaşayış evində partlayış olub.

İslamınSəsi  APA-ya istinadən xəbər verir ki, rayonun Zəyəm Cırdaxan kəndində kənd sakini, 1972-ci il təvəllüdlü İskəndərli Məhbubə Nərimanqızı yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış olub. Hadisə zamanı mətbəxin divarı uçub və təzyiq qadını evdən bayıra atıb.

Partlayış zamanı digər otağın döşəməsi qalxıb və orada yatan, qadının 1997-ci il təvəllüdlü oğlu İskəndərli Mehrab Elçin oğlu da xəsarət alıb. Ana və oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, partlayışa evin yaxınlığından keçən yeraltı qaz xəttində baş verən qaz sızması səbəb olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system