NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:50
  • ZÖHR 12:39
  • ŞAM 19:46
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Şəkidə beşmərtəbəli binada partlayış - Xəsarət alan var - YENİLENİB

Oxundu: 123
Şəkidə beşmərtəbəli binada partlayış - Xəsarət alan var - YENİLENİB

Şəkidə evdə baş vermiş partlayışda xəsarət alan şəxsin kimliyi məlum olub.

İslaminSesi.info Trend-ə istinadən bildirir ki, ötən gün axşam saatlarında Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğınla nəticələnən partlayış xəsarət alan şəxs 1940-cı il təvəllüdlü Tofiq Valeh oğlu Hüseynovdur. O, hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsindədir.

 

Xəstəxanadan verilən məlumata görə, onun xəsarətləri başın hər iki tərəfinin, boyun və kürəyin ikinci, üçüncü dərəcəli yanığıdır.

 

Qeyd edək ki, ötən gün Şəki şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 38 m² olan 1 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın nəticəsində mənzilin yanar konsturksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb. 

***

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, yanğın nəticəsində mənzilin yanar konstruksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb, yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 7 m² sahədə qarsalanıb. Partlayış dalğasının təsirindən eyvanın pəncərə çərçivəsi dağılıb.

 

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system