Səhvən 19 il həbsdə yatdı, 4,8 milyon dollar təzminat aldı

Oxundu: 122
Səhvən 19 il həbsdə yatdı, 4,8 milyon dollar təzminat aldı

Səhvən 19 il həbsdə yatıb 4,8 milyon dollar təzminat aldı.

İslaminSesi “Posta”ya istinadən xəbər verir ki, o, həbsdən çıxdıqdan sonra dövlət 19 il boş yerə həbsdə qaldığı ona 3,8 milyon Avstraliya dolları təzminat təklif edib.

İstmen bu təklifi rədd edib və 18 milyon dollar tələb edib. Bir neçə il davam edən məhkəmə prosesi dünən yekunlaşıb və İstmenə 7 milyon Avstraliya dollar (4,8 milyon ABŞ dolları) ödənilməsinə qərar verib.

Qeyd edək ki, 10 yanvar 1989-cu ildə Kolin Vinçester adlı polis evinin qarşısında 2 güllə ilə qətlə yetirilib. Hadisədə yeganə şübhəli isə 44 yaşlı dövlət məmuru Deyvid İstmen olub. Çünki həmin məmur Vinçesteri başqa bir məhkəmə işi ilə əlaqədar təhdid edibmiş. Bundan başqa, onun irili-xırdalı 100-ə yaxın müxtəlif cinayəti olub. Polisin onu saxlamaqda yeganə dəlili isə İstmenin avtomobilindəki barıt izi olub.

Bir neçə il davam edən istintaq prosesindən sonra 1995-ci ildə İstmen ömürlük həbsə məhkum edilib. O, 2014-cü ildə apellyasiya şikayəti verib. Növbəti məhkəmə prosesində İstmenin dostu Benjamin Smit dostundan icazəsiz onun avtomobili ilə ova getdiyini və barıt izinin də həmin vaxt düşdüyünü söyləyib. Məhkəmə də dəlil yetərisizliyindən İstmenin sərbəst buraxılmasına qərar verib.

Hazırda Vinçesterin mafiya tərəfindən öldürülməsi ehtimalı araşdırılır. /BAKU.WS/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system