NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 272
Səhiyyə Nazirliyindən Sabirabaddakı uşaq ölümləri ilə bağlı - AÇIQLAMA

Səhiyyə Nazirliyindən Sabirabaddakı uşaq ölümləri ilə bağlı - AÇIQLAMA

Səhiyyə Nazirliyi Sabirabad Rayon Mərkəzi Xəstəxanasında iki körpənin ölümü ilə bağlı açıqlama verib.

"İslaminSesi.info" bildirir ki, nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızı xəstəxanaya gecə saat 02:30 radələrində ölü döllə daxil olub.

 

“Ana doğuşa alınıb və doğuşdan sonra ekspertiziyaya verilib.

 

Doğuş zamanı körpəsini itirən digər şəxs Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızı gecə saatlarında xəstəxanaya alınıb. Bu xanımın uşağı isə dölün kəskin hipoksiyası ilə doğulub.

 

Yəni, göbək ciyəsi uşağa 2-3 dəfə dolanmış vəziyyətdə olub. Bütün reanimasion tədbirlərə baxmayaraq, doğulan uşaq cəmi beş dəqiqə həyatda qala bilib”.

 

Nazirliyin əməkdaşı hər iki ölümlə bağlı məsələnin Səhiyyə Nazirliyinin xüsusi komissiyası və prokurorluq tərəfindən araşdırıldığını deyib. Qeyd edib ki, ölümün səbəbləri aydın olduqdan sonra mətbuata bu haqda açıqlama veriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system