NAMAZ VAXTLARI:
  • FƏCR 06:28
  • GÜN 07:55
  • ZÖHR 12:35
  • ŞAM 17:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səhiyyə Nazirliyi Nazirlər Kabinetinə müraciət etdi - Şəkər xəstələri ilə bağlı

Oxundu: 118
Səhiyyə Nazirliyi Nazirlər Kabinetinə müraciət etdi - Şəkər xəstələri ilə bağlı

Səhiyyə Nazirliyi şəkərli diabet xəstələrinə verilən insulinlərin təsir vahidinin artırılması üçün Nazirlər Kabinetinə müraciət edib.

"İslaminSesi.info"  Trend-ə istinadən bildirir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

 

Onun sözlərinə görə, Nazirlər Kabnetinin 2005-ci ildə qəbul etdiyi qərarla şəkərli diabetdən əziyyət çəkən xəstələrə tibbi yardımın həcmi, onlara verilən dərman preparatlarının siyahısı, miqdarı və onların verilmə qaydası təsdiqlənib:

 

"Bu qaydada müvafiq düzəlişlərin olunması üçün Səhiyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müraciət hazırlanıb. Dünyanın hər yerində şəkərli diabet xəstələrinə verilən insulinin təsir vahidi Azərbaycanda olduğundan daha yüksəkdir. Azərbaycanda 2005-ci ildə qəbul edilmiş qərarda bu təsir vahidi 40-dır. Bunun 60-a qaldırılması üçün Nazirlər Kabinetinə müraciət edilib. Ancaq buna baxmayaraq, xəstələrə doğrudan da lazım olduqda biz bu qaydalardan kənara çıxır və həkimlər tərəfindən xəstələrə 60, yaxud 80 təsir vahidi həcmində yazılır və biz də buna mane olmuruq".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system