Şəhidliyə gedən yol – “FƏDAKARLIQ”.

Oxundu: 305
Şəhidliyə gedən yol – “FƏDAKARLIQ”.

Çox lazım olan, amma az diqqət etdiyimiz – “Fədakarlıq”. Görəsən, yeri və zamanı gəldikdə özümüzü fəda etməyi bacararaqmı?

 

Allah şəhidləri aramızdan seçərək bizə ülgü göstərir. Şəhid o qədər fədakardır ki, öz həyatını belə müqəddəs dəyərlər uğrunda fəda etməyi bacarır. Öz həyatının bahasına digərlərinə həyat bəxş edir.

 

Şəhid olmaq əslində tikə-tikə doğranmaq, qanın tökülməsi deyil. O məsələnin zahiridir. Şəhidliyin həqiqəti fədakar ola bilməkdir. Şəhid şam kimidir o yanır ki, onun vasitəsi ilə cəmiyyət aydınlığa çıxa, təki digərləri xoşbəxt bir gələcək ilə yaşayıb, ömür sürə. Hər kəs fədakar olsa, Allah ona şəhidliyi nəsib edər. Fədakar olmasaq şəhid ola bilmərik, bu qeyri mümkündür.

 

Əgər fədakar ola bilsək Allah yolunda öldürülməsək belə, qanımız tökülməsə belə mütləq o savabı əldə edərik. Çünki, mahiyyət  -“FƏDAKARLIQDIR.  Hər kəs ləyaqəti yetdiyi miqdarda fədakar ola bilər. Kimi, qələmi ilə, kimi sözü ilə, kimi malı ilə, kimi canı ilə və sair və ilaxır. Odur ki gəlin sözü əsl mənasında ŞƏHİD - FƏDAKAR olaq.

Qoy ölüm ən gözəl ölüm olan şəhadətlə sorağımıza gəlsin. İstər o şəhadət qanımızın tökülməsi ilə olsun, istərsə də fədakarlıqla. Amin.

 

İslaminSesi
Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system