Şəhid Süleymanini bu məktuba görə vurdular – Səfir sirrin üstünü açdı

Oxundu: 7126
Şəhid Süleymanini bu məktuba görə vurdular – Səfir sirrin üstünü açdı

İranın İraqdakı rəsmi səfiri İrac Məscidi, General Qasim Süleymaninin Amerika tərəfindən sui-qəsdə məruz qalmasının əsl səbəbini açıqlayıb: “O, Səudiyyə, BƏƏ ilə olan anlaşılmazlığı mümkün qədər tez həll etmək istəyirdi.”

 

İslaminSesi xəbər verir ki, Məscidi bu barədə Iraqi News-a verdiyi açıqlamasında məlumat verib.

 

Şəhid Süleymani, İraqın vasitəçiliyi ilə, Səudiyyə, Birləşmiş Ərəb Əmirliyi və mərkəzi Tehran arasında yaşanan anlaşılmazlıqları, müxalifətçiliyi mümkün qədər qısa bir zamanda həll edib, yaxınlaşma yolunu həll etməyə çalışırdı deyən İrac Məscidi, Süleymaninin mühüm bir məktun apardığına diqqət çəkib:

"O, Səudiyyə Ərəbistanı ilə mümkün yaxınlaşma mövzusunda İranın mövqeyini açıqlayan bir mesaj aparırdı.”

 

Məktubun məzmununa toxunan Məscidi əlavə edib:

“İraqın təşəbbüsü ilə, Tehranın mövqeini ifadə edən bir mesaj gətirirdi. Məktuba İranın terrorla mübarizə, bölgədə sülh, barışıq, sabitlik və təhlükəsizliyə nail olmaqla bağlı mövqei vardı.”

 

General Süleymaninin hədəf olmasını bu məktubla əlaqələndirən səfir, ölkəsinin, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı arasındakı fikir ayrılıqlarını və problemlərini ən qısa zamanda həll etmək istəyini, bunun İraq və ya digər bölgə ölkəsi ilə vasitəçiliyi ilə olamasının heç bir fərqi olmadığını bildirib.

 

Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusunuun (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani, Həşd Şəbi komandiri Əbu Mehdi Əl-Mühəndis, Həşd Şəbinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və digər 7 şəxs Amerika qüvvələri tərəfindən İraqda Bağdad aeroportu yaxınlığında raketlə vurularaq şəhid edilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system