NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 529
 Şəhid Mütəhhəridən mənəviyyat barədə gözəl bir misal

Şəhid Mütəhhəridən mənəviyyat barədə gözəl bir misal

Saleh əməl və pak söz ruha xeyirli qida olduğu kimi, pis əməl və napak söz də ruha zərərli bir qidadır.

İslaminSesi.info- Qurani Kərimin bizə təqdim etdiyi insan müxtəlif bölgülərə məxsusdur. Allah Təala insanı müxtəlif adlarla tanıtdırır. İnsan təbii ki, bu müxtəlifliyi fiziki görkəmi və ya rənginin müxtəlifliyi ilə əldə etməyib. Tam əksinə bu müxtəliflik etiqad və düşüncə ilə hasil olur, qəlbin paklığı və mənəviyyatın dərəcələri ilə hasil olur. Bu da o deməkdir ki, insan həm zahiri cismə, həmdə daxili mənəviyyata sahibdir.

 

Əgər bunlar hər ikisi vardirsa, davamlı olmaları üçün qidaya ehtiyaclıdır. Bədənin davamiyyəti və sağlamlığı üçün lazım olan qidalar məlumdur. Ruhun və mənəviyyatın sağlam və davamlı olması üçün də bir şeylər lazımdır. Elə isə bu hansı yolla hasil olur?

 

Ustad Şəhid Mütəhhəri ruhun qidası barədə gözəl bir bənzətmədən istifadə edir. Alim ruhun qidasını əməl olduğunu bildirərək buyurur:

 

“Sənin əməlin sənin yeməyindir!

Həqiqətən insan bir şəkildə öz əməlini yeyir. Hətta insanın kəlamı, dediyi sözü belə onun yeməyinə çevrilə bilir. Təbii ki, bu tam başqa bir növ yeməkdir!

Baxmaq özü də bir növ yeməkdir! Təfəkkür başqa bir növ yeməkdir!

Bütün bu növ əməl və işlər insanın yeməyidir. Amma cismdən fərqli olaraq ruhun yeməyidir.”

 

Bəli Ustad əməllə imanı gözəl şəkildə belə bəyan edib. İnsanın gördüyü hər bir iş onda böyük təsir buraxır. Hətta sözü belə, işlətdiyi kəlmə belə mənəviyyatda təsir qoyur. Xoş söz, doğru söz, haqq söz insanı ucaltdığı kimi, yalan və batil söz mənəviyyatı korlayır. Daima dilində təhqir və nalayiq sözlər olan adamla, dili gözəl və pak sözə öyrəşmiş adam birdirmi? Xeyr!

 

Saleh əməl və pak söz ruha xeyirli qida olduğu kimi, pis əməl və napak söz də ruha zərərli bir qidadır. Qurani Kərim xoş sözü pak sözü səmaya ucalmış bərəkətli bir ağaca bənzədir. Özü uca olan əməl və söz sahibinin də başını uca edər:

 

“Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir.” (İbrahim-24)

 

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system