İSLAM

Oxundu: 3463
Şəhid Möhsün Höcəcinin İmam Rza(ə)-ma məktubu üzə çıxıb – “Ağa şəhidliyimi imzala!”

Şəhid Möhsün Höcəcinin İmam Rza(ə)-ma məktubu üzə çıxıb – “Ağa şəhidliyimi imzala!”

İranlı hərəm müdafiəçisi şəhid Mohsen Höcəci ötən ilin avqustunda Suriya səhrasında gedən döyüşlər zamanı İŞİD-də əsir düşmüşdü. İŞİD onun başını bədənindən ayırmışdı.

İranlı hərəm müdafiəçisi şəhid Mohsen Höcəci ötən ilin avqustunda Suriya səhrasında gedən döyüşlər zamanı İŞİD-də əsir düşmüşdü. İŞİD onun başını bədənindən ayırmışdı.

 

İslaminSesi.info xəbər verir ki, şəhid Mohsen Höcəcinin 2 il öncə Məşhəddə imam hərəmini ziyarət edərkən, İmam Rzaya yazdığı məktubu ortaya çıxıb. Mohsen Höcəci bu məktubda imamdan şəhidliyini imzalamağını istəyir.

Hərəm müdafiəçisi şəhid Mohsen Höcəci İmam Rzaya yazdığı 4 səhifəlik məktubunda deyir:

“Nur Allahın adı ilə başlayıram.

Canların münisi, günəşlərin günəşi, ağam Əli ibni Musa Rzaya;

Salam mənim əziz ağam!

Sonuncu dəfə sənin astanına gəldiyimdən neçə il keçib. İndi ki sənin səhnin və sarayındayam başdan ayağa şövq içindəyəm ağa.

Yadımdadı sonuncu dəfə səndən çox şeyləri istəmişdim. İndi baxıram və görürəm ki, onların hamısına çatmışam. Orduda çalışıram. Toyum oldu. Həyatım yoluna düşdü. Mənim ağam təşəkkür edirəm.

Amma indi əsgər paltarında sənin hərəminə daxil olmuşam, bundan həzz alıram ağam.

Ağa həyatımda yeni qapılar açılıb. Əgər gündə Allaha min dəfə şükr etsəm yenə də azdır.

Ey mənim ərbabım dünya ləzzətlərini daddım. Amma indi səbirsizliklə axirət ləzzətini dadmaq istəyirəm. Elə bir ləzzət ki, onun sonu və yuxarı dərəcəsi Allahın insandan razı qalmasıdır.

Ey Rza! Səni and verirəm möhtərəm atan Musa Kazimə (ə), səni and verirəm övladın Cavadul-Əimməyə (ə), səni and verirəm möhtərəm bacın Fatimeyi-Məsuməyə mənə zamin dur!

Ağacan istəyirəm ki, Əli-Əkbər kimi cavan ikən şəhidliyin şirinliyini dadam və bu dəyərsiz canımı siz əhlibeytə fəda edəm!

Yalnız bir şəxsi istəyim var. Ey mənim ağam! Boynuma minnət qoyub, şəhidlik qəbaləmi imzala!

Bu gün bazar ertəsi günüdür. Deyirlər ki, bazarertəsi günü və cümə axşamı günü bizim əməl dəftərimizi zəmanənin İmamına göstərirlər.

Elə isə ağam, səni and verirəm anan Zəhraya (s.ə) mənim şəhidlik məktubumu öz imzanla zinətləndir!

Arzum budur ki, bu gün əməl dəftərim şəhidlik imzası ilə birgə İmam Zamanın (ə) əlinə çatsın. Şəksiz şübhəsiz məktubda sizin imzanız olsa o da mənim şəhidliyimə imza atacaq.

Baxmayaraq ki, başdan ayağa günaham, üzüm qaradır, amma yenə də sən mənim zaminim ol!

Sığınacaq verdiyin və zamin durduğun ahu kimi. Ahu tək pənahındayam ağa.

Ey mənim ağam! Məni dərgahından ümidsiz qaytarma!

İlahi sənin yazdığın təqdir və qəzavətinlə razıyam, Səndən başqa məbud yoxdur ilahi!

06,05,1394 – İmam Rzanın hərəmi, gecə saat: 01,34"

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system