NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 331
Şəhid atası:

Şəhid atası: "Oğlum hərbi xidmətdən qəhrəman kimi qayıdacağını deyirdi"

"Oğlum "mən qəhrəman kimi qayıdacam, ya da bayrağa bükülüb gələcəyəm" deyirdi".

İslaminSesi xəbər verir ki, bunu "Report"un Qərb bürosuna şəhid Adil Tatarovun atası Əli Tatarov deyib.


Şəhid atası bildirib ki, Adil Tatarov 3 ay əvvəl məzuniyyətə gəldiyi zaman bu sözləri söyləyibmiş: "Oğlum vətənin keşiyində durmasından fəxr duyduğunu və düşmənin torpaqlarımızın hər qarışından çıxarılması üçün hər zaman döyüşə hazır olduğunu söyləyirdi. Adil məzuniyyətə gələndə deyirdi ki, "mən qəhrəman kimi qayıdacam, ya da bayrağımıza bükülüb gələcəyəm".

 

Ə.Tatarov oğlunun vətən uğrunda şəhid olmasından qürur duyduğunu bildirib: "Hər kəs vətənini qorumalı, Vətən uğrunda savaşmalı və mənim övladım kimi şəhid olmaqdan qorxmamalıdır".

 

Qeyd edək ki, ailənin yeganə oğul övladı olan Adil Tatarovun hərbi xidməti başa vurmağına 4 ayı qalmışdı.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system