NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sədr Trampa məktub ünvanladı: “Camal Qaşıqçı əvəzinə üzünüzü səfalət içində olan milyonlara çevirin”

Oxundu: 1570
Sədr Trampa məktub ünvanladı: “Camal Qaşıqçı əvəzinə üzünüzü səfalət içində olan milyonlara çevirin”

İraq Sədr Hərəkatının lideri Muqtəda Sədr, ABŞ Prezidenti Donalad Trampa Səudiyyə jurnalisti Camal Qaşıqçının itkin düşməsi ilə əlaqədar məktub yazaraq onu öz dövlətini islah etməyə çaxırıb.

İslaminSesi –  əlAləmə istinadən bildirir, Muqtəda Sədr “Twitter” üzərindən ünvanladığı məktubda Trampa müraciət edərək deyib:

 

"Sizinlə müxatəb olmaq mənə qürur verir.

Lakin, bunu bilin ki, ABŞ vətəndaşlığından başqa bir xüsusiyyəti olmayan bir Qaşıqçını axtarmaq, onun üçün önəmsiz hay-küy salmaq, bu cinayətin istintaqına bu qədər çaba göstərmənizin əvəzinə, dünyanı bununla məşğul etmək yerinə diqqətinizi Yəmənə, Suriyaya, Myanmara, Afrikaya, Bəhreynə, liviyaya çevir...

Qəbirlərlə, epedemiyalarla, müharibələrlə dolu olan bu diyarlara bax!

 

Özünüzü lider hesab edirsinizsə, bunları müdafiə etməli, bunlara son qoymalısınız.

Üçüncü dünya ölkələrinin əzabları haqqında yazan jurnalistləri müdafiə etməlisiniz.

Sən və sənin kimi inkişaf etmiş digər ölkələr də bu cürdür.

 

Sizdən sual edirəm: Sizə kim haqq verir ki, bütün bunlara göz yumasınız, lazım olduqda öz jurnalistinizi bu cür müdafiə edəsiniz, lazım olduqda müxtəlif hiylə və bəhanələrlə həmin ölkələrə öz qanunlarınızı hakim edəsiniz.

 

Heç vaxt ey Firon!

Siz bədxahsınız!

 

Varlanmaq üçün, Fars Körfəzinin və Afrikanın sərvətlərinə sahiblənmək üçün insanların yoxsulluq və məhrumiyyətlərdən bəhrələnirsiniz.

 

Öz ölkənin kasıblarına bax. Baş verən fəlakət və qırğınlara, parçalanmalara bax. Sən dünya iqtisadiyyatını necə məhv etmisənsə, bu fəlakətlər də sənin ölkəni məhv edəcək.”

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system