NAMAZ VAXTLARI:
  • FƏCR 05:04
  • GÜN 06:25
  • ZÖHR 12:34
  • ŞAM 18:59
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 397
Sədr İraqda seçkilər öncəsi kommunistlərlə vahid koalisiyaya daxil olub

Sədr İraqda seçkilər öncəsi kommunistlərlə vahid koalisiyaya daxil olub

İraqda bu ilk dəfədir ki, bir din aliminin başçılıq etdiyi siyasi fraksiya kommunist partiyası ilə birgə koalisiyaya daxil olur.

İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, İraqın nüfuzlu din və siyasi xadimi Müqtəda Sədrin başçılıq etdiyi “əl-Əhrar” siyasi fraksiyası qarşıdan gələn parlament seçkiləri öncəsi “İraq Kommunist Partiyası” ilə birgə vahid koalisiyaya daxil olub.

 

Sədr (əl-Əhrar) fraksiyasının liderlərin biri İbrahim əl-Cəfəri FransPress-ə bildirib ki, belə bir koalisiya İraqda ilk dəfədir ki baş verir. O bildirib ki, “bu tip birləşmə yaratma İraqda sivil islahatların və mötədil islami cərəyanın olduğu mühitin yaradılması üçün həyata keçirilir.”

 

Özü əmmaməli və din xadimi olan İbrahim əl-Cəfəri yeni yaradılan vahid koalisiyadan təəccüblənmədiklərini dilə gətirib və bildirib ki “biz hamımız iraqlıyıq və illərdir məzhəbçiliyə qarşı mübarizədəyik”

 

İraqın Kommunist Partiyasının baş katibi Raid Fəhmi də Sədr fraksiyası ilə birgə vahid koalisiyaya daxil olduğunu bildirib və vurğulayıb ki, mühüm olan iraqlıların birgə addım atmasıdır

 

Müqtəda Sədrin başçılıq etdiyi Sədr fraksiyası (parlamentdə 33 deputatla təmsil olunur)  İraqda Nuri əl-Malikinin, Heydər əl-Abadinin və həmçinin höccətül-islam Seyid Əmmar Həkimin partiyalarını məzhəbçilikdə ittiham edir və buna görə onlarla birləşib seçkilərə qatılmağı rədd edir. Sədr iddia edir ki, İraqda sünni və şiə partiyaların və siyasi fraksiyaların çoxu öz koalisiyalarını məzhəb faktorlarına əsasən təsis edirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system