Sədr cərəyanı bütün təşkilat və ofislərini bağlayır

Oxundu: 125
Sədr cərəyanı bütün təşkilat və ofislərini bağlayır

Terrorçular artıq uşaqlara belə rəhm etmir.

 

İslaminSesi xəbər verir ki, Sədr cərəyanının rəhbəri Müqtəda Sədrin ofisinin yaydığı bəyanata əsasən, hərəkat 1 il müddətinə bütün təşkilat və ofislərini bağlayır.
 
Bu addımın səbəbi Sədr cərəyanının sözçüsü Cəfər Əl-Musəvinin oğlunu aparan maşına hücum edilməsidir.
 
Bağdadın məhəllələrindən birində baş verən terror əməliyyatında Əl-Musəvinin oğlu sağ qalıb. Maşına 14 dəfə atəş açıldığı xəbər verilir. Bəyanatda deyilir ki, Sədrin xüsusi ofisi, Seyid Məhəmməd Sadiq Sədrin məqbərəsinin idarəsi fəaliyyətini davam etdirəcək.
 
İslamtimes
 
 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system