Sədr ABŞ-a meydan oxudu – “Ölkəni dərhal tərk etməlidirlər!”

Oxundu: 4017
Sədr ABŞ-a meydan oxudu – “Ölkəni dərhal tərk etməlidirlər!”

Sədr Hərakatının və Sairun koalisiyasının lideri Muqtəda əs-Sədr, ABŞ qüvvələrindən dərhal ölkəti tərk etməyi tələb etdi.

 

İslaminSesi xəbər verir ki, ABŞ qüvvələrinin İraq hərbi mövqelərinə hücumundan sonra Hərakat lideri Muqtəda Sədr, etiraza və birliyə çağırış edən bəyanat yayıb və “Twitter” hesabında paylaşım edib:

 

“Biz daha əvvəllər də İraqı regional və beynəlxalq münaqişələrə sürükləməyin acı nəticələri barədə xəbərdarlıq etmişdik!

İraq və xalqının bu cür cəfəngiyatlara səbr etməyəcəyini demişdik!”-deyən Sədr, düşmən hiylələrinə aldanmayacaqlarını dilə gətirib:

 

“Əgər əvvəldə hərbi müqavimət göstərərək işğalçını qovmaq üçün əməkdaşlıq etmiş olsaydıq, indi o, İraqın sinəsinə çökməzdi!

Yaxud düşmənin aldadıcı razılaşmasını qəbul edərək əməkdaşlıq etsəydik, bu baş verənlər baş verməzdi!”

 

ABŞ qüvvələrini İraqdan çıxarmaq üçün mücadiləyə hazır olduğunu deyən Sədr, hər kəsi köməyə çağırıb:

 

“Bu gün mən, işğalçıları siyasi və qanuni yollarla çıxartmağa hazıram. Varmı bizə yardımçı olacaq bir kimsə?!

Gəlin səflərimizi mümkün qədər tez birləşdirək!

Gərək hamınız bəzi məsuliyyətsiz hərbi fraksiyalardan uzaq olasınız. Səlahiyyət yalnız təhlükəsizlik güclərinin əlində cəm olsun.

Əgər işğalçı geri çəkilməsə, o zaman sizinlə birgə onlara qarşı başqa cür davranaq!”

 

Xarici güclərin İraqdakı iqtisadi vəziyyətdən yararlanaraq hiylə qurmasına işarə edən Sədr, hər kəsi diqqətli olmağa çağırıb:

 

“İşğalçılar boşboğaz rəhbərlərinin (Tramp) dəstəyi ilə İraqda geniş yayılmış korrupsiyadan və siyasətçilərlə xalq arasındakı böyük boşluqdan yaxşıca yararlandılar. Elə isə xalqın rifahı və izzəti xatirinə hər kəs mənsəb və qazanc sevdasından vaz keçməlidir. Əks halda peşman olduğunuz vaxt yaxındır!”

 

Sədr, bəyanatın sonunda İraqı düşmənlərə siyasi və hərbi meydan etməyəcəyini bildirib:

 

“Bilin ki, biz, İraqın siyası və hərbi hesablaşma meydanına çevrilməsinə imkan verməyəcəyik!

Biz güclü və müstəqil bir İraq istəyirik!”

 

Xatırladaq ki, dünən, ABŞ qüvvələri İraqın qərb əyaləti olan əl-Ənbar bölgəsinin əl-Qaim şəhərində yerləşən Haşdu-şaabi mövqelərinə hava zərbələri endirib. Nəticədə Haşdu-şaabi (Xalq Könüllüləri Briqadası) qüvvələrinin 25 əsgəri şəhid edilib, 51 nəfəri yaralanıb.

 

Посмотреть изображение в Твиттере

  

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system