NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Sədəqələrinizi özünü camaata göstərməklə puç etməyin” – Quran

Oxundu: 115
“Sədəqələrinizi özünü camaata göstərməklə puç etməyin” – Quran

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz.(Bəqərə-264)

  

İnsanın Allah rizasından başqa niyyətlə etdiyi əməl riya adlanır. Bu kimi riyadan doğan əməllər özünü ən çox başqalarına qarşı olan işlardə daha aydın və tez biruzə verir.

 

Xalis niyyətli insan bütün işlərini Rəbbin rizasını əldə etmək üçün görməlidir. Belə olmadıqda görülən iş öz ilahi qiymətinə yetişmir. Hətta bəzən öz dəyərinə yetişməkdən daha da təhlükəli bir vəziyyət yaradaraq öz sahibinin mənəviyyatını tam şəkildə yox edə bilir. Çünki qeyd etiyimiz ayənin sonunda da Quran bu mətləbin küfürlə sona yetə biləcəyinə işarə edir.

 

Həmçinin ayə riyakarlığı “Allaha və Axirət gününə inanmayan şəxs”in əməli kimi dəyərləndirir və sonda bu əməlin qarşılığını görməyəcəyini bildirir – “Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar.”

 

Riyakarlıq fərdi, mənəvi bir bəla olmaqla yanaşı həm də ictimai bir təhlükədir. Çünki bu kimi insanlar başqa insanlaraq qarşı soyuqqəlbli, sərt ürəkli olurlar. Etdikləri hər bir işin qarşılığını umduqları üçün qarşılıq görmədikdə dərhal minnət qoyarlar. Bu da qardaşlıq və insanlıq tellərinin tez qırılmasına səbəb olur. Nəticədə cəmiyyətin fərdləri bir-birilərinə qarşı laqeyid olurlar.

 

Kəmiyyətindən və vəziyyətindən aslı olmayaraq əməllərin ən yaxşısı qarşılıqsız olan, xalis niyyətli olan əməldir. Bu da öz növbəsində həm əməl sahibini, həm də cəmiyyəti nicata və səadətə aparan ən doğru seçimdir. Əks halda onun "məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır" ifadəsi həm onun halına şamil olar, həm də onun dəyərini bilmədiyi ətraf və cəmiyyətinin...


 “İslaminSesi”

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system