NAMAZ VAXTLARI:
  • FƏCR 05:11
  • GÜN 06:31
  • ZÖHR 12:32
  • ŞAM 18:49
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Seçkiqabağı təşviqat başladı

Seçkiqabağı təşviqat başladı

Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində seçkiqabağı təşviqatın aparılması başlayır.

"İslaminSesi.info" xatırladır ki, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış, yəni 2018-ci il martın 19-u başlayır, səsvermənin başlanmasına 24 saat qalmış, yəni aprelin 10-u, saat 08:00-da dayandırılır.

 

Seçkiqabağı təşviqat qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxslər tərəfindən aparıla bilər.

 

Martın 19-da həmçinin seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması müddəti başa çatır. Təşviqat üçün yerlər dairə seçki komissiyalarının təklifi ilə yerli icra hakimiyyəti orqanları və bələdiyyə qurumları tərəfindən ayrılır.

 

Qeyd edək ki, prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Prezident seçkilərini 115 beynəlxalq, 42 mindən çox isə yerli müşahidəçi izləyəcək.Virtualaz.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system