NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Oxundu: 462
Seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

Fevralın 25-dən Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.

"İslaminSesi.info" xəbər verir ki, bu, barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

 

Belə ki, Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dən martın 17-dək verilir.

 

Qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi məntəqə seçki komissiyaları tərəfindən isə səsvermə gününə 24-3 gün qalanadək, yəni 2018-ci il martın 18-dən aprelin 8-dək verilir.

 

Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system