NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:19
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 154
Şəban ayının son günlərinin əməlləri və tövsiyə olunmuş zikri

Şəban ayının son günlərinin əməlləri və tövsiyə olunmuş zikri

Şəban ayının son günlərinin fəziləti böyükdür. Əldən verməmiş, onun hər anınıdan faydalanmağa çalışaq.

İslaminSesi.info - Əba Səlt  İmam Rza ələyhissəlamdan belə rəvayət edir:

Şəban ayının axırıncı cüməsi İmam Rza ələyhissəlamın hüzuruna getdim. Həzrət buyurdu:

 


"Ey Əba Səlt, şəban ayının çoxu gedib və bu cümə onun axırıncı cüməsidir. Belə isə bu ayın qalanından ayın keçən günlərində etdiyin təqsirlərin üçün yaxşı istifadə et. Sənə xeyirli olanlara üz gətir. Çoxlu dua və istiğfar et. (Allahdan bağışlanmağını istə.) Qurani -məcidi çox oxu. Öz günahlarından Allaha-təalaya tövbə et ki, mübarək ay gələndə (Ramazan ayı) özünü Allah üçün xalis etmiş olasan. Başqasının haqqını və ya əmanətini boynunda saxlama. kiminsə kinini ürəyində saxlama, etdiyin günahı tərk et. Allahdan qorx və öz gizli və aşkar işlərində ona təvəkkül et. Hər kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər."

 

 

Həmçinin səban ayının son günlərinin qalan vaxtlarında bu zikri çox oxumaq tövsiyə olunur:

 

اَللّـهُمَّ اِنْ لَمْ تَکُنْ غَفَرْتَ لَنا فیما مَضی مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فیما بَقِی مِنْهُ

 

Allahummə in ləm təkun lənə fima məza min şəban. Fəğfir lənə fima bəqiyə minh!

 

“Allahım, əgər Şəban ayının o hissəsində ki, günahlarımızı bağışlamamısan, qalan hissəsində bağışla. Allah Ramazan ayının ehtiram və əzəmətinə xatir bəndələrinin çoxunu Şəban ayında cəhənnəm atəşindən azad edər”””.

 

 

Şəban ayının son günlərinin fəziləti böyükdür. Əldən verməmiş, onun hər anınıdan faydalanmağa çalışaq. Əgər bu son günləri oruc tutub, Ramazan ayına birləşdirsək, iki ay dalbadal tutulan oruc savabına malik olarıq.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system