NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Şəban ayının mənəviyyat dolu 10-cu gecəsi üçün tövsiyə olunmuş namaz

Oxundu: 379
Şəban ayının mənəviyyat dolu 10-cu gecəsi üçün tövsiyə olunmuş  namaz

Şəban ayının hər bir vaxtı bərəkətlidir, xüsusən də gecələri zikr və ibadət üçün daha münasibdir

İslaminSesi.info – Şaban ayı mənəviyat ayları hesab olunan 3 aydan ikincisidir. Hətta   Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.

 

Bu ayın hər gecəsi üçün Peyğəmbər (s) tərəfindən namaz tövsiyə olunmuşdur. Şəban ayını 10-cu gecəsi üçün Allahın Rəsulundan (s) 4 rəkətli namaz tövsiyə olunub. Hədisdə buyurulur:

 

 

””Hər kim şəban ayının 10-cu gecəsində 4 rəkətli namaz qılarsa, beləki hər rəkətdə 1 dəfə “Fatihə” və 1 dəfə “Ayətəl-kürsi” və 3 dəfə “Kövsər” surəsini oxuyarsa 1000 savaba, böyük yüksəlişə, özünün və valideynlərinin bağışlanmağına səbəb olar.””

 

 

Qeyd edək ki, hicri təqvimi ilə yeni gün özündən qabaqkı günün məğrib azanı ilə başlayır. Yəni 9-cu günün şam azanı verilməklə həmin gün bitir və 10-cu günün gecəsi başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Şam azanı verilməklə hicri təqvimi ilə yeni gün başlayır.

 

 Yaşar Nuriyev

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system