NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 471
Şəban ayının 8-ci gecəsi üçün tövsiyə olunmuş bərəkət dolu namaz

Şəban ayının 8-ci gecəsi üçün tövsiyə olunmuş bərəkət dolu namaz

Şəban ayının hər bir vaxtı bərəkətlidir, xüsusən də gecələri zikr və ibadət üçün daha münasibdir

İslaminSesi.info -  Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.

 

Şəban ayı duaların qəbul olduğu ay kimi də tanıtdırılır. Bu ayın hər gecəsi üçün Peyğəmbər (s) tərəfindən namaz tövsiyə olunmuşdur. Belə ki, şaban ayının 8-ci gecəsi üçün 2 rəkətli namaz buyrulmuşdur:

 

2 rəkətli namaz:

 

Birinci rəkətdə “Fatihə” surəsindən sonra 5 dəfə “Amənər-Rəsul” ayəsi (Bəqərə 285-286) və 11 dəfə “İxlas” (Tovhid) surəsi oxunur.

 

İkinci rəkətdə “Fatihə” surəsindən sonra 1-dəfə “Kəhf” surəsinin axırıncı ayəsi və 11 dəfə “İxlas” (Tovhid) surəsi oxunur.

 

Qeyd edək ki, hicri təqvimi ilə yeni gün özündən qabaqkı günün məğrib azanı ilə başlayır. Yəni 7-ci günün şam azanı verilməklə həmin gün bitir və 8-ci günün gecəsi başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Şam azanı verilməklə hicri təqvimi ilə yeni gün başlayır.

 

Şəban ayının hər bir vaxtı bərəkətlidir, xüsusən də gecələri zikr və ibadət üçün daha münasibdir

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system