NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 184
Şəban ayının 3-ci gecəsinin tövsiyə olunmuş bərəkətli namazı

Şəban ayının 3-ci gecəsinin tövsiyə olunmuş bərəkətli namazı

Şəban ayının hər bir vaxtı bərəkətlidir, xüsusən də gecələri zikr və ibadət üçün daha münasibdir

İslaminSesi.info -  Rəcəb, şəban və ramazan ayları mənəviyyat dolu aylar kimi də tanınır. Bu ayların fəzilət dolu əməlləri və zikirləri vardır ki, mövzu ilə bağlı kitablarda qeyd olunub.

 

 Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.

 

 Şəban ayının hər bir vaxtı bərəkətlidir, xüsusən də gecələri zikr və ibadət üçün daha münasibdir.

 

 Şəban ayının üçüncü gecəsi üçün 2 rəkətli namaz tövsiyə olunur:

 

  Namaz 2 rəkətdir.

 

 Hər rəkətdə 1- Fatihə, 25 dəfə İxlas (Tovhid) surəsi oxunur.

 

 Həzrət Peyğəmbər (s) buyurub:

 

Mütəal Allah bu namazı qılan şəxs üçün qiyamət günündə cənnətdən 8 qapı açar və cəhənnəmin 7 –i qapısını ona bağlayar.

 

 Qeyd edək ki, hicri təqvimi ilə yeni gün özündən qabaqkı günün məğrib azanı ilə başlayır. Yəni 2-ci günün şam azanı verilməklə həmin gün bitir və 3-ci günün gecəsi başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Şam azanı verilməklə hicri təqvimi ilə yeni gün başlayır.

 

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system