Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev ŞOKDA

Oxundu: 66
Saxtakarlıqla yüksək vəzifə tutdu - Ağ Ev ŞOKDA

ABŞ Dövlət Departamentinin Konflikt və Təhlükəsizlik Əməliyyatları bürosu rəhbərinin müavini Mina Çanqın avtobioqrafiyasında (CV) saxtakarlığa yer verdiyi ortaya çıxıb.

İslaminSesi xəbər verir ki, Mina Çanq hətta "Taym" jurnalının üz qabığında fotosunun belə dərc olunduğunu iddia edib.

 

Jurnal rəhbərliyi isə gənc qadının bu iddiasını təkzib edib.

 

Araşdırmadan sonra Dövlət Departamentində yüksək vəzifə tutan qadının quruma təqdim etdiyi avtobioqrafiyasının saxta olduğu üzə çıxıb.

 

O, rəsmi avtobioqrafiyasında Harvard Universitetinin məzunu olduğunu qeyd edib. Ali məktəb rəhbərliyi isə Çanqın 2016-cı ildə məktəbdə 7 həftəlik kursa qatıldığı, amma diplom ala bilmədiyini açıqlayıb.

 

Dövlət Departamentinin rəsmi saytında onun Ordu Döyüş Kollecinin də məzunu olduğu qeyd edilsə də, bu da öz təsdiqini tapmayıb.

 

Vaşinqtonda bomba effekti yaradan Çanqın bu qədər yalanla ABŞ Dövlət Departamentində yüksək vəzifə tutması sosial şəbəkədə kəskin etirazlarla səbəb olub. Məsələ ilə əlaqədar araşdırma başlayıb./Teleqraf.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system