NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Sarı tor tıxacın qarşısını almayacaq”

Oxundu: 52
“Sarı tor tıxacın qarşısını almayacaq”

Yol məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov paytaxtın S. Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsindəki yolayrıcına çəkilən sarı torla bağlı ictimaiyyət arasında gedən müzakirələrə münasibət bildirib.

"İslaminSesi.info" xəbər verir ki, Ə. Hüseynov qeyd edib ki, sözügedən nişanlanma özlüyündə heç bir yeni qayda, yeni tələb müəyyən etmir: “Bu sarı tor “Yol hərəkəti haqqında” qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Bu tor ona görə lazımdır ki, sürücü getdiyi istiqamətdə tıxac yaranarkən yolayrıcının və ya hərəkət hissələrinin kəsişməsinin hansı hissəsində dayanıb qalmağın qadağan edildiyini, yaxud tıxac yaranarkən yolayrıcının və ya kəsişmə yerinin hansı hissəsinin daim təmiz saxlanılmalı olduğunu əyani şəkildə görsün, bunu dərk eləsin. Axı məlumdur ki, bəzi sürücülər yolayrıcının və ya kəsişmə yerinin hara olduğunu da dəqiq müəyyən etməkdə çətinliklər çəkirlər. Bu sarı tor hər şeyi aydın göstərəcək.

Sarı tor özlüyündə tıxacın qarşısını almayacaq, çünki onun əli və ya dili yoxdur ki, lazım olmayan vaxtda üstünə çıxıb dayanan avtomobili kənara itələsin və ya onun sürücüsünə desin ki, gəlmə, dur, gözlə. Sürücü özü hərəkətini elə hesablamalıdır ki, yolayrıcını getdiyi istiqamətdə tərk edə bilsin, gedib qabaqdakıların arxasında dayanmağa məcbur olmaqla sarı torun üzərində qalmasın”. 

Onun sözlərinə görə, sarı tor olan və ya olmayan yerdə qanunun tələbinə riayət etmək də elə çətin bir şey deyil və xüsusi mühəndislik istedadı tələb etmir: “5-ci sinif səviyyəsində dünyagörüşü olan, intizamlı sürücü bu qaydya çox asan riayət edə bilər. Özü də həm svetoforlu, həm də svetoforsuz yolayrıcı və ya kəsişmə yerində. Bunun üçün sadəcə getdiyin istiqamətdə nəqliyyat axınının stabilliyinə diqqət etmək lazımdır. Əgər normal sürətlə stabil hərəkət varsa, icazə verilən vaxtda yolayrıcına daxil olursan, çıxanadək hətta sarı işıq yansa da, problem ola bilməz. Əgər hərəkət fasiləlidirsə, yəni gah gedib, gah dayanırsa, onda yolayrıcını tam tərk edənə qədər qalan məsafəni, fasiləliyin xarakterini nəzərə almaq lazımdır. Bu halda svetoforlu yolayrıcında avtomobiliniz sizin getdiyiniz istiqamətdə svetoforla hərəkət qadağan edilənədək, yolayrıcını tam tərk edə bilməyəcəksə, yolayrıcına daxil olmadan dayanıb növbəti icazəni gözləməlisiniz. Svetofor olmayan yerdə isə elə etməlisiniz ki yolayrıcında dayanmayasınız, oranı fasiləsiz keçib gedəsiniz”.

Cərimə məsələsinə də toxunan ekspert bildirib ki, sarı tor üzərində qalaraq kəsişən istiqamətdə nəqliyyat axının qabağını kəsən sürücü sarı torun tələbini pozmağa görə yox, YHQ-nin 75-ci maddəsinin 2-ci hissəsinin tələbini, yəni yolayrıcını keçmənin bu xüsusi qaydasını pozmağa görə İXM-in 327.2-ci maddəsi üzrə (60 manat və 3 bal) cərimələnə bilər: “Sarı tor hələ ki, “Yol hərəkəti haqqında” qanunda təsbit edilməyib, amma bununla bağlı bütün təfərrüatları əks etdirən dəyişiklik layihəsi müzakirəyə təqdim edilib, yəqin ki, yaxın gələcəkdə qəbul olunar”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system