“Sarı jiletlilər” yenidən meydanda - 16 NƏFƏR HƏBS OLUNDU

Oxundu: 100
“Sarı jiletlilər” yenidən meydanda - 16 NƏFƏR HƏBS OLUNDU

Parisdə “Sarı jiletlilər” hərəkatının tərəfdarlarının planlaşdırdığı aksiyada 16 nəfər saxlanılıb.

İslaminSesi xəbər verir ki, şənbə mitinqi etirazçılar və polis arasında iğtişaşlar və toqquşmalarla müşayiət olunur.

Polis paytaxtda 1192 profilaktik yoxlama aparıb.

Daha əvvəl məlumat verilmişdi ki, aksiyanın ildönümü ilə əlaqədar paytaxtda və regionlarda şənbə-bazar günləri etiraz aksiyaları keçiriləcək.

Qeyd edək ki, “Sarı jiletlilər”in kütləvi etirazları ötən ilin 17 noyabrında başlamışdı. Onların tələblərinə yanacaq vergisinin artırılmaması və digər məsələlər daxil idi. Etiraz aksiyaları daha sonra prezident Emmanuel Makron və onun hökumətinə qarşı çevrildi.publika.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system