NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

"Sarı jiletlilər" Belçikada keçmiş baş nazirin evinə hücum ediblər

Oxundu: 107

Belçikanın Mons şəhərində "sarı jiletlilər" ölkənin sabiq baş naziri və Sosializm partiyasının başçısı Elio Di Ruponun evinin qarşısında aksiya keçiriblər.

Aksiyanın 38 iştirakçısı polis tərəfindən saxlanılıb.

"Bizim əməkdaşlarımız, Elio Di Ruponun evinin poçt qutusuna petardaların (pirotexniki məmulatların) atılması vasitəsilə zərər vurma daxil bir neçə hadisədən sonra 38 inzibati həbs həyata keçirib", - deyə yerli polis müdiri bildirib.

İslaminSesi-nin life.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda Le Soir nəşri yazır.

Qeyd edilir ki, daha öncə fevral ayının 9-da da Mons hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılarla qarşı-qarşıya gəlib. Həmin gün yüzlərlə "sarı jiletli" küçələrə axın edib. Onların etirazı tez bir zamanda qarışıqlığa səbəb olub və yerli əsayiş keşikçiləri aksiyanı dağıtmaq üçün federal polis əməkdaşlarını yardıma çağırıb.

Eyni gündə etiraz aksiyaları Fransanın özündə də keçirilib. Jurnalistlərin məlumatına əsasən,  iştirakçıların ümumi sayı 50 mini ötüb. Polislə toqquşma zamanı gözyaşardıcı qazla dolu qumbaranı polislərə geri atmaq istədikdə aktivistlərdən birinin  əli bilək  hissəsinin qopub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system