Sanksiya başladı - Türkiyəli nazirlər “qara siyahı”ya salındı

Oxundu: 57
Sanksiya başladı - Türkiyəli nazirlər “qara siyahı”ya salındı

ABŞ hökuməti Türkiyənin Milli Müdafiə və Energetika Nazirliklərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

İslaminSesi-nin ABŞ Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Hulusi Akar, Daxili İşlər naziri Süleyman Soylu və energetika naziri Fateh Dönməz də sanksiyalar siyahısına daxil edilib.


Məlumata görə, bu nazirlik və nazirlərin ABŞ-dakı aktivləri dondurulacaq, eləcə də Amerika vətəndaşlarına bu qurum və şəxslərlə əməkdaşlıq etmələri qadağan ediləcək.


Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, siyahıdakı şəxslər ilə müəyyən əməliyyatlar aparan insanlara da sanksiya tətbiq oluna bilər.


Bildirilir ki, sanksiyalar BMT və QHT-lərin Türkiyədəki işlərinə mane olmamalıdır. Həm də ABŞ sanksiyalar yolu ilə Türkiyənin Suriyadakı humanitar əməliyyatlarına mane olmayacaq.


Qeyd edək ki, məhdudlaşdırıcı tədbirlər rəsmi Vaşinqtonun Ankaranın Suriyanın şimal-şərqindəki kürdlərə qarşı hərbi əməliyyatına cavab olub. /“Qafqazinfo”/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system