NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Şamaxıda yeni sürüşmə faktı aşkarlanıb

Oxundu: 121
Şamaxıda yeni sürüşmə faktı aşkarlanıb

Fevralın 5-də İsmayıllı və Ağsu rayonlarında baş verən zəlzələ ilə bağlı bölgədə seysmoloji tədqiqatları davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşları Şamaxı rayonu ərazisində sürüşmə faktını aşkar ediblər.

"İslaminSesi.info" bildirir ki, RSXM-dən  verilən məlumata görə, aparılan araşdırmalar zamanı Şamaxı rayonunun ərazisində Qızmeydan yolunun kənarında sürüşmə sahələrində aktivlik müşahidə olunub. Qeyd edək ki, aşkar olunan birinci sürüşmə sahəsinin yanında asfalt yolun üzərində 5-10 millimetrlik çatlar yaranıb. Bundan başqa, yolun kənarında 15-25 millimetrlik çökmə və sürüşmə halı müşahidə edilməkdədir.

 

Yolun ikinci hissəsindəki sürüşmə sahəsində asfalt üzərində 5-10 millimetrlik çatlar, yol kənarında isə 20-30 santimetrlik aralanma müşahidə edilməkdədir. Həmçinin Ağsu aşırımında yolun 154-cü kilometrinə qədər hissəsində çatlar və çökmələr müşahidə olunur.

 

Bununla yanaşı, RSXM əməkdaşları ayrı-ayrı qruplarda zəlzələnin episentrində gərginliyin öyrənilməsi ilə bağlı kompleks tədqiqatları davam etdirirlər. Hazırda müxtəlif istiqamətlərdə profillər üzrə seysmik və geofiziki tədqiqatlar davam etdirilir.

 

Aparılan araşdırmalarla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system