NAMAZ VAXTLARI:
  • FƏCR 04:31
  • GÜN 05:59
  • ZÖHR 12:43
  • ŞAM 19:45
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Şamaxıda süni gölün bəndı aşdı, ətraf kəndləri su basdı

Oxundu: 319
Şamaxıda süni gölün bəndı aşdı, ətraf kəndləri su basdı

Şamaxı rayonunun Acıdərə kəndi yaxınlığında süni gölün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yollarını sel aparıb.

İslaminSesi.info nın məlumatına görə, sel nəticəsində Qobustan rayonunun Təsi, Şamaxı rayonunun Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel dağıdıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat avtomobillərin hərəkəti bağlanıb və nəticədə sürücülər yolda qalıb. Bəzi sakinlər yolu piyada getmək məcburiyyətində qalıb.

 

Axşam saatlarında əraziyə texnika cəlb olunub, yol müvəqqəti olaraq sürücülərin istifadəsinə verilib.

 

6 saat sonra göldəki su tamamilə azalıb. Gölün sahibi bildirib ki, göldə 60-70 tona yaxın müxtəlif balıq növü saxlayırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub. Gölün kənarında yerləşən boru vasitəsilə kənd ərazilərindəki əkin sahələri suvarılırmış. Hazırda həmin xətlərdə sıradan çıxıb.

 

Göl sahibinin iddiasına görə, Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system