Şam yolu - Kərbəla əsirlərinə qarşı amansız rəftar

Oxundu: 106
Şam yolu - Kərbəla əsirlərinə qarşı amansız rəftar

Kərbəlada əsir olan peyğəmbər (s) övladlarının kəsik başlarla birgə Kufəyə, məhərrəmin 15-dən sonra isə oradan da Şama yola salınır. İmam Zeynulabudin (ə) Şam səfərini ən acılı günlər adlandırır.

 

İslaminSesi.info - Kərbəla çölünə yetişən İmam (ə), öncə Hürr ibn Riyahi tərəfindən məcburi dayandırılır və sonradan Ömər Sədin rəhbərliyi ndə olan 40-50minlik bir ordu ilə üz-üzə qalır və sonda İmam Hüseyn (ə) və Bəni-Haşimin bütün gəncləri, ocümlədən İmamın (ə) bütün silahdaşları qətl edilib şəhadətə yetişir.

 

İmamın (ə) şəhadətindən sonra Ömər Səd xeymələrə, qadın-uşaqlara hücum etmə əmri verir. Xeymələrə od vurulur, qadın və qızların əllərində və üzərində olanlar qarət edilir, qaçanlar döyülərək cəm edilib əsir edilir.Digər şəhidlərin hamısının başını bədənindən ayırıb, 72 baş toplayıb, nizələrə taxaraq Aşuranın səhərisi Kufə istiqamətində yola salırlar.

 

 

Kərbəla əsirləri xüsusi amansızlıqla, kobudluq və əziyyət verməklə Kufəyə, İbn Ziyadın sarayına yetişirlər. Burada iki gün qalan əsirlər, məhərrəm ayının 15-də Şama, Yezid sarayına göndərilir.

 

Eyni şəkildə, Kufəyə necə gətirilmişdilərsə, o şəkildə də Şama döğru istiqamət alırlar.

 

İbn Ziyadın və Ömər Sədin göstərişi ilə şəhidlərin kəsik başları da əsirlərlə birgə aparılırdı. Bu onlara daha çox əziyyət vermək üçün idi. Qadınlar yoldaşlarının, analar oğullarının, övladlar atalarının, bacılar qardaşlarının kəsik başları ilə birgə yol getməli idilər...

 

Bu, Aşura faciəsinin canlı şahidlərinin qəlblərini yandırmaq, bir daha dağlamaq üçün idi...

 

Bu Əməvilərin Bəni-Haşimdən aldığı intiqam alavu idi...

 

Bu hadisələr bir daha göstərir ki, Əməvilərin və Əbu Süfyan nəslinin davası, onların bütün dünyasını, qurduqları istismar sistemlərini, quldarlıq rejimlərini alt-üst edən peyğəmbərlə (ə), o Həzrətin (s) övladları ilə idi...

 

Əgər belə deyildisə əsirlərə, qadın və uşaqlara qarşı bu amansızlığın və nifrətin səbəbi hə idi...?

 

Aşura və sonrakı rəftarlar bir daha göstərki, Əbu Süfyan övladlarının peyğəmbərə (s) olan kini hələ də soyumayıb...

 

 /İslaminSesi/

Yaşar Nuriyev

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system