Şam çölündə İŞİD qurbanı olan 70 nəfərə aid toplu məzar tapıldı

Oxundu: 69
Şam çölündə İŞİD qurbanı olan 70 nəfərə aid toplu məzar tapıldı

Şam çölündəki Şərqi Qutanın Duma mahalında İŞİD terror təşkilatının qətlə yetirdiyi insanlara aid toplu məzar tapılıb.

İslaminSesi Türkiyənin ehlibeythaber.net portalına istinadən xəbər verir ki, Şam Hərbi Polis rəisi Məhəmməd Mənsur, Şərqi Qutadakı Duma mahalında İŞİD-in qurbanı olan insanlara aid bir toplu məzarın tapıldığını bildirib.

 

Toplu məzarda 70 cəsədin tapıldığını deyən Məhəmməd Mənsur, onların 2012-2014-cü illərdə öldürülərək basdırıldığını qeyd edib.


Suriya ordusu 2018-ci ilin aprelində Şərq Qutaya nəzarətin tamamilə təmin edildiyini bildirmişdi.


Qeyd edək ki, Suriya və İraqda minlərlə vətəndaşı qətl edən terror təşkilatı İŞİD, öldürdükləri insanları toplu məzarlara basdırırdı.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system