ÖLKƏ

Oxundu: 49
Salyanda lombarda silahlı hücum

Salyanda lombarda silahlı hücum

Bu gün səhər saatlarında Salyan şəhərinin Ə.Zeynalov küçəsindəki evlərdən birində yerləşən lombarda naməlum şəxs tərəfindən basqın olub.

 "İslaminSesi.info" -nın məlumatına görə, lombardın sahibi Elman Şahsuvarova məxsus həyətə daxil olan naməlum şəxs onun işçisi, baldızı - 47 yaşlı Bədəlova Xanım Eldar qızını bıçaqla hədələyərək qızıl verməsini tələb edib. Qadın onun tələbini yerinə yetirdikdən sonra həmin naməlum şəxs ona üzərində olan bıçaqla qarın nahiyəsindən xəsarət yetirib.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Xanım Bədəlova hazırda əməliyyata götürülüb, vəziyyəti orta ağırdır.

Polisin həyat keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində lombarda basqın edən şəxs saxlanılıb.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxs Salyan şəhər sakinidir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system