NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 277
Salmanın İbni-Abbasa göstərdiyi namaz misalı

Salmanın İbni-Abbasa göstərdiyi namaz misalı

Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (Hud-114).

İslaminSesi.info - İnsanda əməllər tərəzinin iki tərəfi kimidir. Biri ağırlaşanda digəri ona nisbətən yüngül olur. İnsanın yaxşı və pis əməlləri tam bu cür olmasa da nisbətən buna bənzədilib. Quran ayələri və hədislərə əsasən insan yaxşı iş gördükdə o əməlin qarşılığı on qat əvəzlə, pis iş gördükdə isə pisliyə qarşılığ bir cəza yazılır. Ayə belə buyurur, həqiqi keyfiyyətini, necəliyini isə yalnız rəbbimiz bilir:

Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz (Ənam-160).

Bu Allah Təalanın insana olan imtiyazı və rəhmətidir. Həmçinin Allah Təala insanın etdiyi yaxşı əməllər müqabilində günahlarının üstündən “xətt” çəkir, bəzən də ağac yarpaqlarını töküb təmizləndiyi kimi insanı təmizləyir.

Bir gün Salman (r) İbn Abbasla (r) bir yerdə idi. Salman bir ağaca yetişəndə ağacı silkələməyə başladı, o silkələdikcə yarpaqlar bir-bir tökülürdü. Üzünü tutub İbn Abbasdan soruşdu:


- Görürsən?
- Bəli.
- Görürsən yarpaqlar necə tökülür?
- Bəli.
- Soruşmursan mən niyə belə edirəm? Bunun nə hikməti var?
- Nə hikməti var?
Salman- Bir gün Allah Rəsulu (s) ilə ağacın alyında oturmuşduq o Həzrət (s) mən etdiyim kimi etdi və dedi:
- Ey Salman bu işin hikmətini bilirsən (niyə etdiyimi) ?
- Dedim yox ey Rəsulallah (s)! Buyurdu:
- Ey Salman o zaman ki, mömin qalxa dəstəmaz ala və namaza başlaya onun günahları bu ağacın yarpaqları kimi tökülər. Sonra Həzrət (s) bu ayəni oxudu:

وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ ۚ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّاكِرِينَ


(Ya Rəsulum!) Namazı gündüzün iki başında və gecənin (gündüzə yaxın) bəzi saatlarında qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (Hud-114).


Y.Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system