NAMAZ VAXTLARI:
  • FƏCR 05:26
  • GÜN 06:47
  • ZÖHR 12:49
  • ŞAM 19:08
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Sabunçu dəmir yolu stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı

Oxundu: 48
Sabunçu dəmir yolu stansiyasının istifadəyə veriləcəyi  vaxt açıqlandı

2019-cu ilin may ayında Sabunçu dəmiryolu stansiyasının açılışı ediləcək.

"İslaminSesi.info" -nın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Heydər Əliyevin ad günü tarixinə stansiyanın açılışı olacaq:

 

“Bunun üçün yeni qatarlar sifariş edilib və iki əlavə qatarımız var. Əvvəllər Sabunçudan Bakının mərkəzinə yarım saata çatmaq mümkün idisə, hazırda bu məsafə 10-12 dəqiqəyə bərabər olacaq. Qatarlar kiçik intervallarla bir saatdan bir hərəkət edəcək”.

 

Cavid Qurbanov qeyd edib ki, Sabunçudan Sumqayıta qədər olan məsafədə işlər ilin sonuna yekunlaşacaq:

 

“Abşeron dəmir yolu xəttində aparılan işləri əvvəllər bir-iki aya bitirəcəyimizi düşünürdük, amma orada iş həcmi çoxdur. Burada çox yerlərdə konfliktli toqquşmalar, kəsişmələr var. Maşınlarla dəmiryolu xəttinin kəsişməsini götürmək üçün çalışırıq ki, bütün keçidlər yer altında olsun”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system