NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sabirabadda traktorun aşması nəticəsində ölən 6 nəfərin adı məlum olub - YENİLƏNİB-3

Oxundu: 1610
Sabirabadda traktorun aşması nəticəsində ölən 6 nəfərin adı məlum olub - YENİLƏNİB-3

Sabirabadda traktorun qoşqusunun aşması nəticəsində ölənlərin adları məlum olub.

"İslaminSesi.info" bildirir ki, APA-nın xəbərinə görə, ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır. 

 

 

***

"İslaminSesi.info"  bildirir ki, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.

 

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

 

***

"İslaminSesi.info" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndi ərazisində baş verib.

 

Belə ki, fəhlələri tarlaya aparan traktor aşıb. Nəticədə traktorun qoşqusunda olan 5 nəfər ölüb.

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system