NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sabirabadda təcili yardım maşını qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

Oxundu: 102
Sabirabadda təcili yardım maşını qəzaya uğrayıb, 5 nəfər xəsarət alıb

Bu gün günorta saatlarında “Noxudlu yolu” deyilən Sabirabad-Salyan yolunun Sabirabad rayonunun Yaxadəllək kəndindən keçən 13-cü km-də təcili yardım maşını qəzaya uğrayıb.

"İslaminSesi.info" -nın məlumatına görə, Salyan Təcili Tibbi Yardım Stansiyasına məxsus olan, Salyan şəhər sakini 52 yaşlı Elşən Mustafayevin idarə etdiyi “UAZ” markalı avtomaşın Şirvan şəhərində yerləşən Diaqnostika Mərkəzindən tomoqrafiya yoxlamasından keçirilməyə göndərilmiş xəstəni geri gətirərərkən aşıb.

 

Hadisə nəticəsində avtomaşında olan xəstə - Neftçala rayonu Aşağı Surra kənd sakini, insult keçirdiyi üçün Salyan Mərkəzi Xəstəxanasında müalicə alan 58 yaşlı Güllüqız Qoca qızı Məlikova, xəstəni müşayiət edən reanimasiya şöbəsinin tibb bacısı, 56 yaşlı Gülnarə İmranova, xəstə ilə birgə Şirvana getmiş yaxınları - Hacıqabul rayonunun Qızılburun kənd sakini, 56 yaşlı Mərziyyə Məlikalı qızı Məlikova və onun qardaşı - 58 yaşlı Rəhim Məlikov, avtomobildə olan ehtiyat sürücü - Salyan şəhər sakini, 57 yaşlı İsa Əjdər oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisəyə səbəb təcili yardım maşınının qarşısına qəfil mal-qara sürüsü çıxdığı deyilir.

Xəstəxanadan verilən məlumata görə xəsarət alanların həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.virtualaz.org

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system