NAMAZ VAXTLARI:
  • FƏCR 05:11
  • GÜN 06:31
  • ZÖHR 12:32
  • ŞAM 18:49
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Sabiq FTB rəhbəri - Tramp əxlaqi cəhətdən prezidentliyə yaramır və yalançıdır

Sabiq FTB rəhbəri - Tramp əxlaqi cəhətdən prezidentliyə yaramır və yalançıdır

FTB-nin eks-direktoru Ceyms Komi Donald Trampın ABŞ prezidenti postunu tutmaq üçün mənəvi cəhətdən yararsız olduğunu bildirib.

İslaminSesi.info ria.ru-ya istinadla xəbər verir ki, Tramp tərəfindən vəzifədən kənarlaşdırılmış sabiq FTB rəhbəri bunu ABC telekanalına verdiyi müsahibə zamanı bəyan edib.

 

"Mən düşünmürəm ki, o tibbi nöqteyi nəzərdən prezident olmağa qadirdir. Düşünürəm ki, o prezident olmaq üçün mənəvi cəhətdən yararsızdır".

 

O, həmçinin Trampı yalançı adlandırıb, çünki Kominin dediyinə görə, Tramp həmişə faktları təkzib edir. Misal üçün Tramp bildirirdi ki, onun andiçmə mərasimində Obamanınkında olduğundan daha çox adam olub. "Bu düz deyil", - Komi deyib.

 

"Yəni siz hesab edirsiniz ki, Donald Tramp yalançıdır?" - jurnalist soruşub.

"Bəli, o, yalançıdır", sabiq FTB rəhbəri cavab verib.

Telekanal Kominin Trampla əlaqələrinin ifadə edildiyi müsahibənin aprelin 17-də yayımlanacağını bildirib. Onun adı "Ali loyallıq: həqiqət, yalan və liderlik"

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system