NAMAZ VAXTLARI:
  • FƏCR 03:24
  • GÜN 05:12
  • ZÖHR 12:43
  • ŞAM 20:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Şaban ayı və əlamətdar günləri

Oxundu: 940
Şaban ayı və əlamətdar günləri

Şəban ayı hicri-qəməri ilinin səkkizinci ayıdır.

 

"İslaminSesi" – Artıq rəcəb ayı sona yetdi, şəban ayı daxil oldu.

 

Qeyd edək ki, miladi təqvimindən fərqli olaraq hicri təqvimi ilə yeni gün məğrib əzanı ilə, yəni günəşin qürub etməsi ilə (batması ilə) başlayır. Odur ki, hicri təqvimində öncə günün gecəsi, sonra isə gündüzü gəlir.

 

Şəban ayı hicri-qəməri ilinin səkkizinci ayıdır. Ayın bu adla adlandırılması İslamdan öncəki tarixə qayıdır. Şaban sözü şöbə (bölmə), şöbələşmək (bölünmək) mənasındadır.

 

Tarixçilər bildirir ki, rəcəb ayı ərəb qəbilələri üçün döyüşlərin qadağan olduğu ay idi. Amma növbəti ay isə (şaban) belə deyildi. Məhz bu ay başlayanda qəbilələr yenidən bir birindən ayrılıb şöbələşər və döyüşlərə başlayardılar.

 

Amma islam dini şaban ayına fərqli şəkildə baxır və fərqli şəkildə onu mənalandırır. Allahın Rəsulu (s) şəban ayının “mənim ayım” deyə adlandırıb və bu ay üçün xüsusi əməllər, zikirlər, ibadətlər qeyd olunub ki, böyük fəzilətə malikdir.

 

Həmçinin peyğəmbər (s) bu ayın şəban adlandırmasını bir başqa cür mənalandırıb və bu ayı xeyir bərəkət ayı kimi tanıtdırıb:

 

“O şəban adlanıb, çünki möminlərin ruzisi bu ayda bölünər” (Səvabul-əmal)

 

Bu mübarək ay əməllərin savabı baxımından bol, bərəkətli olduğu kimi, ilahi lütflə də doludur.

 

Mötəbər mənbələrə görə bu ayın əlamətdar günləri aşağıdakılardır.

1. Həzrəti İmam Hüseyn (ə) mövludu (3-şəban)

 

2. İmam Hüseynin (ə) Məkkəyə daxil olması.

 

3. Həzrəti Əbul Fəzlil Abbas(ə)mövludu (4- şəban)

 

4. Həzrəti İmam Zenul Abidin (ə) mövludu(5-şəban)

 

5. Həzrəti Əli Əkbər(ə) mövludu ( 11-şəban)

 

6. Həzrəti Imam Məhdi (ə.f.) mövludu( 15-şəban)

 

7. Orucun vacib olması (28-şəban)

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system