Sabahın HAVA PROQNOZU - yağış, duman, qar

Oxundu: 61
Sabahın HAVA PROQNOZU - yağış, duman, qar

Fevralın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

 

İslaminSesi bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz  8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət  80-90 faiz olacaq.

 

Azərbaycanın rayonlarında fevralın 20-də arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 1dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz  7-11 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti  olacaq.

 

Tibbi-meteoroloji proqnoz

Fevralın 20-də  Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi  insanlarda narahatlıq hissi yarada bilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system